Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi
"Azərbaycan Kitabxanaları Azərbaycan Xalqının Milli sərvətidir":İ.Əliyev

Kitabxanamız

Elektron Kitabxana

Elektron Kataloq

Tədbirlər

Kitab abidələrimiz

Normativ sənədlər

Biblioqrafik vəsaitlər

Neftçala rayon İcra Hakimiyyəti

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycanlıların yaşayıb, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropada bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvüləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək, baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bundan əlavə 31 dekabrda bütün dünyada olduğu kimi Azərbaycanda da Yeni il bayramı qeyd olunur. Biz hər iki bayram münasibətilə hamınızı təbrik edirik! Bayramınız mübarək!!! Bu münasibətlə Neftçala MKS-ində də bir sıra tədbirlər keçirilmişdir. 14, 49, 19, 16, 69, 79, 54 saylı filiallarda, dövri mətbuat bölməsində “31 dekabr Yeni il və dünya azərbaycanlılarının həmrəylik günüdür” adlı məlumat günü, gənclər və yuxarı sinif şagirdləri bölməsində “Həmrəy olaq, birliyimizi qoruyaq”, 25, 15, 65 filiallarda “Həmrəylik milli birliyimizin təməlidir” adlı məlumat günü, xarici ədəbiyyat bölməsində “Gəlir gül-çiçəklə həmrəylik günüm” adlı görüş, oxu zalı bölməsində “Dünya azərbaycanlılarının həmrəylik günü”, 44 saylı filialda“İnsanların birliyi dövlətin inkişafına xidmət edir” adlı söhbətlər keçirilmişdir.

* * *

Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994- cü illərdə özəl biznez sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqustunadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə sonra isə birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə- 1995 və 2000-ci illərdə Milli Məclisə seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Republikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. Beş il sonra, 2008-ci ildə yenidən prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir. Rus, ingilis, fransız və türk dillərini bilir. Ailəlidir. Üç övladı, 2 nəvəsi var. İlham Əliyevin 50 illiyi münasibətlə Neftçala MKS-ində də bir sıra tədbirlər keçirilmişdir. Yuxarı sinif şagirdləri bölməsi “Zamanı qabaqlayan insan”, gənclər bölməsi “Elmə, təhsilə prezident qayğısı” adlı məlumat günü, xarici ədəbiyyat bölməsi “Ümummilli liderin davamçısı” adlı məruzə, kənd təsərrüfatı bölməsi “Xalqın seçimi, ümid mənbəyi” adlı söhbət keçirilmişdir.

* * *

Dekabrın 12-si ulu öndər, dövlətçiliyimizin memarı Heydər Əliyevin anım günüdür. Bu gün ümmilli liderin vəfatının səkkizinci ildönümü münasibətilə bütün Azərbaycan ərazində anım mərasimləri keçiriləcək. Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində doğulub. 1940-1969-cu illərdə Azərbaycan dövlət təhlükəsizlik orqanlarında işləyib. 1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Milli Məclisinin sədri, oktyabrın 3-də isə ölkə prezidenti seçilib. 1998-ci ilin oktyabrında ikinci dəfə Azərbaycan prezidenti seçilib. 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Azərbaycan tarixinin çağdaş mərhələsi, onun son 30 illik səhifəsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun yeni tariximizə, xüsusilə müstəqil dövlətçiliyimizin formalaşmasına göstərdiyi əvəzolunmaz xidmətləri və şəxsiyyəti tariximizin bu dövrünə "Heydər Əliyev möhürü"nü vurub. Prezidentin siyasi-mənəvi portretini tarixi proseslər, üzərinə düşən missiya baxımından təhlil etdikdə o özündə "güclü lider" və "böyük xadim" obrazlarını təcəssüm etdirir... Xarizmatik lider, zəngin təcrübə və nadir tarixi şəxsiyyət olan Heydər Əliyev Azərbaycanda milli özünüdərkdə, milli şüurun yüksəlişində misilsiz rol oynamışdır. Güclü iradəyə və tükənməz enerjiyə malik ulu öndər "Mən həyatımın heç bir səhifəsindən imtina etməmişəm" və "Mən həyatımın bütün anlarına cavabdehəm" deyirdi. Zira bu ÖMÜR qəti, aydın və yüksək prinsipləri, amalları, mənəvi dəyərləri rəhbər tutmaqla istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi həmişə öz Vətəninə və xalqına şərəf və ləyaqətlə xidmət etməklə keçmişdi. O, Azərbaycanın ən çətin anlarında da həyat prinsiplərinə daim sədaqət nümayiş etdirmiş, xalqın istək və arzularını reallığa çevirməyi bacarmışdı. Heydər Əliyevin fitri liderlik istedadı, fenomenal hafizəsi, incə duyma qabiliyyəti, nüfuzedici natiqliyi ilə insanların beyninə və qəlbinə asanlıqla yol tapması ona geniş xalq kütlələri ilə istənilən səviyyədə ünsiyyət qurmağa və onları arxasınca aparmağa imkan verirdi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Və Müasir Azərbaycanın ən mürəkkəb, taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürmüş Heydər Əliyev yalnız Azərbaycanın deyil, eləcə də zəmanənin görkəmli şəxsiyyətlərindən biri kimi tarixə silinməz möhrünü basmışdır. Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Neftçala MKS-ində də bir sıra tədbirlər keçirilmişdir. Dövrü mətbuat bölməsində “Ölümsüzləşən insan”, 29, 32, 81 saylı filiallarda “Unudulmaz lider”, 57 saylı filialda “Ən böyük Azərbaycanlı”, 14, 19, 49, 79, 35, 46, 54, 83, 80, 61 adlı filiallarda, eləcə də gənclər və yuxarı sinif şagirdləri bölməsində “Qəlblərə həkk olunan əfsanəvi insan” adlı məruzə, oxu zalı bölməsində “Əbədiyyətə qovuşan şəxsiyyət” adlı sərgi, xarici ədəbiyyat və incəsənət bölmələrində “Sağlığında əfsanəyə çevrilən insan” adlı anım mərasimi, 15, 65 “Həmrəyliyimizi, birliyimizi qoruyaq”, 5 saylı filialda “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır”, 44 saylı filialda “Müstəqil Azərbaycanın ordu quruculuğu” adlı informasiya günləri keçirilmişdir.

* * *

Bu gün dünyada Beynəlxalq Əlillər günü kimi qeyd olunur. Bu günün elan olunmasının məqsədi - insan hüquqlarına tam və bərabər riayət edilməsinə və əlillərin cəmiyyətin həyatında iştirakına nail olmaqdır. Bu məqsəd 1982-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş əlillərə münasibətdə Ümumdünya hərəkət proqramında göstərilmişdir. Dekabrın 3-nün əlillər günü kimi qeyd olunmasıyla bağlı qərar Rusiya Federasiyasının təşəbbüsü ilə 1992-ci ildə BMT-nin baş məclisində qəbul edilib. Beynəlxalq Əlillər Günü ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlillərin cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər görülür. Hər il keçirilən Beynəlxalq əlillər günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilmişdir.

* * *

Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabr ayının 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. Ədəbi fəaliyyətə 16 yaşında başlamış və 1937-ci ildə “Əzrayıl” adlı ilk hekayəsini “Ədəbiyyat” qəzetində çap etdirmişdir. O, “Natavan” adlı kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri, xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklormuzun vurğunu idi, “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya və radioda çıxışları onu xalqın sevimlisi etmişdir. O, bir sıra xarici müəlliflərin, o cümlədən S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A.Lixanovun “Mənim generalım”, Ə.Kabaklının “Əjdaha daşı”, S.Çokumun “Bizim diyar” və s. əsərləri ana dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri fərmanlar, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı - “Şöhrət”ordeni ilə təltif edilmişdir. Əzizə Cəfərzadə 2003–cü il sentyabrın 4–də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən vəfat etmişdir. Neftçala MKS-ində də Əzizə Cəfərzadənin 90 illik yubileyi münasibəti ilə gənclər bölməsi “Eldən elə”, yuxarı sinif şagirdləri bölməsi “Aləmdə səsim var mənim” adlı biblioqrafik xülasə, 17, 35, 39, 49 saylı filiallarda “Yorulmaz alim, cəfakeş yazıçı” adlı söhbət, 5 saylı filial “Vətənə qayıt” məlumat günləri, 15, 65 saylı filiallar “Əzizə Cəfərzadə-90” adlı ədəbi-bədii gecə keçirilmişdir.

* * *

18 il əvvəl 20 noyabrda Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri baş verdi - xalqımız neçə qeyrətli oğlunu itirdi. Akademik Tofiq İsmayılovu - müasir dövrümüzün ən görkəmli elm və ictimaiyyət xadimini, Azərbaycan Respublikasının ilk dövlət katibini, Kosmik tədqiqatlar elm-istehsalat birliyinin yaradıcısını, mənim və informasiya - ölçmə sistemləri sahəsi alimlərinin elmi rəhbərini və onunla bərabər Məhəmməd Əsədovu, İsmət Qayıbovu, Osman Mirzəyevi, Vaqif Cəfərovu, Vəli Məmmədovu, Alı Mustafayevi bir sözlə xalqımızın həyatında və Qarabağ düyünün çözülməsində həlledici rol oynamağa qadir olan digər görkəmli oğullarımızı itirdik. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 18 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. 1991-ci il noyabrın 20-də Mİ-8 hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:
Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
Vəli Hüsyn oğlu Məmmədov - millət vəkili
Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
İqor Aleksandiroviç Plaviski - QMB-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov - QMB-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-nin müavini
Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev - polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev - telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü
Allah rəhmət eləsin!

* * *


1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdı. Çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya olmazın cinayətlərə əl atdı... 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu münasibətlə Neftçala MKS-ində dövrü mətbuat bölməsi “17 noyabr Milli dirçəliş günüdür” adlı məlumat günləri, abonement şöbəsi, 6, 59, 62, 64 saylı filialllarda “Xalq birliyi yenilməz qüvvədir”, 1, 3, 8, 13, 54 saylı filiallarda “Xalq bir olarsa”, 20 saylı filialda “Birliyimiz əbədidir” adlı söhbətlər, 57 saylı filialda isə “Milli dirçəliş, milli azadlıq günü” adlı informasiya günləri keçirilmişdir. Sizləri bu tarixi gün münasibətilə təbrik edir, hamınıza azad, demokratik Azərbaycanımızda xoşbəxt yaşamağı arzulayırıq!!!

* * *


Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edilidiyi gündür. Hazırki Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Konstitusiya - ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktı, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir. Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSRİ Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSRİ-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-si Konstitusiya günü elan edildi. Konstitusiya günü ilə əlaqədar Neftçala MKS-ində abonoment şöbəsi “Qanun dövlətin qoruyucusudur”, 59, 62 saylı filiallar “Qanun hamı üçündür”, 20 saylı filial “Qanunların əhəmiyyəti” adlı sərgilər, dövrü mətbuat bölməsi “12 noyabr Konstitusiya günüdür”, 5 saylı filial “Azərbaycan Konstitusiyası toxunulmazdır” adlı məlumat günləri təşkil etmişdir.ayraq günü münasibəti ilə Gənclər və Yuxarı sinif şagirdlər bölmələrində “Bayrağımızı ucaldaq”, Oxu zalı bölməsində, 2, 5 saylı filiallarda “Qoy ucalsın uca bayraq”, Dövri mətbuat bölməsində 23, 32, 57 saylı filiallarda “Ucalardan uca bayraq”, Xarici ədəbiyyat bölməsində “Zirvələrdə dalğalan!”, 20 saylı filialda “Üçrəngli bayrağım”, 25 saylı filialda “Dövlət bayrağımız daim ucalacaq” adlı tədbirlər keçirilmişdir. Bu münasibətlə bütün sevimli oxucularımızı təbrik edirik və şəhid qanı ilə yoğrulmuş nurani Bayrağımızın hər zaman ucalmasını Rəbbimizdən diləyirik!

* * *


Bu gün Azərbaycan Respublikası Dövlət bayrağının yaranmasının 93-cü ildönümüdür. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib. Sovet hakimiyyəti dövründə bayraqdan imtina edilib. Daha sonra üç rəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxıb və bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Bayraq günü münasibəti ilə Gənclər və Yuxarı sinif şagirdlər bölmələrində “Bayrağımızı ucaldaq”, Oxu zalı bölməsində, 2, 5 saylı filiallarda “Qoy ucalsın uca bayraq”, Dövri mətbuat bölməsində 23, 32, 57 saylı filiallarda “Ucalardan uca bayraq”, Xarici ədəbiyyat bölməsində “Zirvələrdə dalğalan!”, 20 saylı filialda “Üçrəngli bayrağım”, 25 saylı filialda “Dövlət bayrağımız daim ucalacaq” adlı tədbirlər keçirilmişdir. Bu münasibətlə bütün sevimli oxucularımızı təbrik edirik və şəhid qanı ilə yoğrulmuş nurani Bayrağımızın hər zaman ucalmasını Rəbbimizdən diləyirik!

* * *



Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Bu müqəddəs bayram münasibəti ilə Neftçala MKS-ində Gənclər və Yuxarı sinif şagirdlər bölmələri “İsmayıl qurbanı” adlı məlumat günləri, 9, 13, 59,62, 64 saylı filiallar isə “Müqəddəs adət-ənənə” adlı sərgilər təşkil etmişlər.

* * *



Zəngilan rayonunun ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Ancaq rayon kimi Zəngilan 1930-cu ildə təşkil olunmuşdur. 30 Oktyabr 1993-cü il Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Zəngilanda itirdiklərimiz - dünyada II, Avropada I nadir Çinar meşələri; torpaq üzərində olan bütün var-dövlət; 67 məktəb , 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol stansiyası, 2 şərab zavodu, konserv zavodu. Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.

* * *



Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabr ayının 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 1926-ci ildə o, Suraxanıda açılan ilk sovet Fabrik–zavod məktəbinə daxil olmuşdur. 1929-1930-cu illərdə M.İbrahimov “Qazılan buruq” şeiri ilə bədii yaradıcılığa başlamışdır. 1932-1933-cü illərdə Sovet Yazıçılar İttifaqı təşkilat komitəsinin məsul katibi vəzifəsinə seçilmişdir. 1933-cü ildə partiyanın tapşırığı ilə M.İbrahimov Naxçıvanda çapdan çıxan “Sürət” qəzetinin redaktoru vəzifəsində işləmişdir. Bu illərdə o, ”Həyat üçün”, “Sənət aşiqləri”, “Qorxulu səs”, “Yol ayrıcında”, “Üfüqlər qızaranda”, “Qaçaq” adlı hekayələrini və məşhur “Həyat” dramını yazmışdır. ”Cənub hekayələri” və “Gələcək gün” M.İbrahimovun şah əsərlərindəndir. “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı” Azərbaycan teatrlarının bəzəyi olmuşdur. Ədəbiyyat və incəsənət sahəsində göstərdiyi xidmətlərə görə 1961-ci ildə Xalq yazıçısı, 1965-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı, 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşdür. M.İbrahimov 17 dekabr 1993-cü ildə Bakıda vəfat etmişdir.

* * *



18.10.2011-ci il tarixində X.Məmmədov adına Neftçala rayon Mədəniyyət və İncəsənət sarayında Müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə “Müstəqillik Azərbaycan xalqının milli sərvətidir” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin bədii hissəsində Neftçala rayon Mədəniyyət sarayının “Bahar” mahnı və rəqs ansamblının ifasında musiqilər səsləndi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyev başda olmaqla məsul şəxslər, eləcə də bütün rayon ictimaiyyəti iştirak edirdi.

* * *



18 oktyabr Müstəqillik gününün XX ildönümü münasibətilə Neftçala rayon MKS-ində ilin əvvəlindən tərtib edilmiş tədbirlər planına əsasən keçirilən silsilə tədbirlərin yekunu olaraq 14 oktyabr 2011-ci il tarixində Mərkəzi Kitabxanada “Mənim göz bəbəyim, ürəyim, canım, əbədi müstəqil Azərbaycanım” adlı bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə MKS-in direktoru G.Qasımova açaraq qonaqları salamladı və bayram münasibətilə təbrik etdi. O, müstəqilliyimizin heç də asan yolla əldə edilmədiyini, bu yolda şəhidlər verildiyini, qanlar töküldüyünü vurğulayaraq, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra tədbirin aparıcıları A.Məmmədzadə və N.Həmidova müasir Azərbaycan Respublikasının 28 may 1918-ci ildə yaranmış ADR-in davamçısı olduğunu və sonrakı illərdə Ulu Öndərimiz Heydər Əliyev öz müdrikliyi və uzaqgörənliyi xalqımızın istiqlal döyüşlərində şəhid olmuş qəhrəman vətən övladlarının qanı bahasına qazanılmış müstəqilliyimizin qarantı olduğunu qeyd etdilər. Tədbirdə 01-14 oktyabr tarixlərində rayon məktəbləri arasında keçirimiş şeir, rəsm, inşa müsabiqələrinin qalibləri elan olundu və onlara xatirə hədiyyələri verildi. Gəlin, ümumimilli lider Heydər Əliyevin siyasətinin ardıcıl davamçısı olan İlham Əliyevin ətrafında sıx birləşək, doğma torpaqlarımızın geri qaytarılmasında, Azərbaycan dövlətinin inkişafında və xalqımızın firavanlığı yolunda onunla birgə addımlayaq, ona dəstək olaq!

* * *



13.10.2011-ci tarixində Neftçala şəhəri Nizami Gəncəvi adına 3 saylı orta məktəbdə “Azərbaycan dövlətçilik tarixini bilirsinizmi?” başlığı altında Azərbaycan müstəqilliyinin XX ildönümünə həsr olunmuş bilik yarışması keçirilmişdir. Yarışma məktəbin XI inif sagirdlərindən ibarət– “Zəfər” və “Uğur” komandaları arasında keçirilmişdir. Hər iki komanda bütün suallara doğru cavab vermiş, lakin vaxt hesabı baxımından “Uğur” komandası qalib gəlmişdir. Sonda VII sinif şagirdi Səmədov Mahmud Azərbaycana aid gözəl şeirlə çıxış etmişdir.

* * *


5 oktyabr - Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. O müəllimlər ki, bizim əlimizdən tutub yazı yazmağı öyrədiblər. O müəllimlər ki, gecələrini gündüzlərinə qatıb bizlər üçün çalışıblar. O müəllimlər ki, bizə tərbiyə veriblər, böyüklərə hörmət etməyi, kiçikləri sevməyi, insanlara kömək etməyi öyrədiblər. Vətən, millət, bayraq sevgisi öyrədiblər...!!!
Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Təhsilin rolu və əhəmiyyəti qloballaşmanın getdikcə vüsət aldığı, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici amilə çevrildiyi, təbii resursların durmadan azaldığı çağdaş dünyamızda daha da artmaqdadır. Azərbaycanda 7000-dən artıq təhsil müəssisəsində 330 min pedaqoq var. Onların 170 mindən çoxu ümumtəhsil məktəblərində işləyir. 5 oktyabr müəllimlər günü münasibətlə Mərkəzi Kitabxananın Yuxarı sinif şagirdləri bölməsində “Müəllim-ən şərəfli ad”, Dövrü mətbuat bölməsində “Elmin və biliyin keşiyində duranlar”, 20 saylı Aşağı Surra kənd kitabxanasında “Müqəddəs peşənin sahibləri”, 44 saylı kitabxanada “Müəllim-bu ada baş əyir cahan”, 15 saylı Xəzər kənd və 65 saylı Gənclər kitabxanasında isə “Məktəb yollarında” adlı müxtəlif tədbirlər keçirilmişdir. Hörmətli müəllimlər bayramınız mübarək!

* * *


Sentyabrın 17-də X.Məmmədov adına Neftçala rayon Mədəniyyət və İncəsənət sarayında Müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə “Müstəqillik Azərbaycan xalqının milli sərvətidir” adlı bayram tədbiri keçirilmişdir. Tədbirin rəsmi hissəsində YAP-ın Neftçala rayon şöbəsinin sədri Anar Cəfərov geniş məruzə ilə çıxış etdi. O, müstəqilliyə aparan çətin yollar, bu illər ərzində qazanılan uğurlar, müstəqilliyin qorunub saxlanması üçün Ümummilli lider Heydər Əliyevin apardığı mücadilə, onun apardığı uğurlu daxili və xarici siyasət, milli dövlətçilik ənənələrinə sadiqlik, uğurlu iqtisadi layihələr, siyasi və hüquqi islahatlar, xarici ölkələrlə səmərəli əməkdaşlıq barədə danışaraq, qeyd etdi ki, bu gün də Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyaları ətrfında sıx birləşir. Tədbirin bədii hissəsində Neftçala rayon Mədəniyyət sarayının “Bahar” mahnı və rəqs ansamblının ifasında musiqilər səsləndi.



* * *




16 sentyabr 2011-ci ildə Neftçala rayon Mərkəzi Kitabxananın Uşaq bölməsinin böyük kitabxanaçısı A.Məmmədzadə 1 saylı orta məktəbdə III sinif şagirdləri üçün 18 oktyabr Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar “Bayrağımızı ucaldaq” adlı məruzə oxudu. O, məruzəsində bayrağımızın dövlət atributlarından biri olduğu üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Şagirdlər məruzəni çox maraqla dinlədilər və sonda Azərbaycan şairlərinin Vətənimizə, bayrağımıza, müstəqilliyimizə yazdığı şeirlər söylədilər.

* * *


Neftçala rayon Mərkəzi kitabxanasında 14.09.2011- ci ildə “Bilik günü”nə həsr olunmuş “ Bilik bayramı” keçririldi. Kitaba, elmə, biliyə həsr olunmuş bayram münasibətilə təbrik üçün ilk sözü MKS-in direktoru G. Qasımovaya verildi. O, yeni dərs ilinin başalanması münasibəti ilə məktəbliləri təbrik etdi. Tədbiri aparmaq üçün söz məktəblilərə verildi. Onlar qeyd etdilər ki, bu gün biz məktəblilərin yüksək səviyyədə təhsil alması üçün hər bir şərait vardır. Prezidentimiz İlham Əliyev təhsil sahəsinə xüsusi diqqət yetirir. Onun prezidentliyi dövründə Respublikamızda, eləcə də rayonumuzda tikilən və müasir tələblərə uyğun təmir olunan məktəb binaları bu diqqətin bariz nümunəsidir. Tədbirdə 1, 3 №-li məktəbin şagirdləri iştirak edirdi. Onlar bir-birindən maraqlı şeir, mahnı və səhnəciklərlə çıxış edirdilər. Bilik bayramında təşkil edilən yeni kitablardan ibarət sərgi tədbir iştirakçılarının ürəyincə oldu.

* * *


13 sentyabr 2011-ci il tarixində MKS-in Neftçala şəhər 69 saylı kitabxanasında "Müstəqilliyimiz əbədidir" başlığı altında müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş sərgi təşkil olunmuşdur. Sərgidə ulu öndərimiz Heydər Əliyevin əsərləri, müstəqilliyimizin keçdiyi keşməkeşli yolu və bugünkü uğurlarını əks etdirən kitablar toplanmışdır.

* * *



13.09.2011 tarixində Neftçala rayon MKS-də Azərbaycanın müstəqilliyinin bərpasının XX ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada MKS-nin böyük kitabxanaçısı Bağırova Vüsalə məruzə oxudu. O, məruzəsində qeyd etdi ki, tarix boyu Azərbaycan öz igid oğullarının iradəsi və mücadiləsi sayəsində qorunub, yaşayıb bu günlərə çatıb. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında konstitusiya Aktı” yekdilliklə qəbul edildi. Artıq Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 20 il ötür. Digər ölkələrdən fərqli olaraq respublikamız azadlığa, müstəqilliyə aparan yollarda qanlar tökdü, şəhidlər verdi. Bir dəfə büdrəsə də, ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmədi. Bu gün Azərbaycan dövlətinin qazandığı uğurlar ulu öndər Heydər Əliyevin müdrüklüyü sayəsində məhz müstəqilliyimizin qorunub saxlanılmasının nəticəsidir. Biz hamımız fəxr edirik ki, bu qədim diyarın, müstəqil dövlətin vətəndaşlarıyıq.

* * *


26 avqust 2011-ci il tarixində MKS-də “Yuxarı sinif şagirdləri” bölməsi Ramazan bayramı münasibətilə “Allaha iman gətirənlər” adlı tədbir keçirdi. Giriş sözü ilə tədbiri MKS-in direktoru G.Qasımova açıq elan edərək bütün oruc tutanları bayram münasibətilə təbrik etdi və bildirdi ki, “Ayların sultanı” olan, İlahidən möhürlü Ramazan sona çatmaqdadır. Bəxtəvər o kəsə ki, müqəddəs Ramazan ayını Rəbbimizin buyurduğu, peyğəmbərimizin söylədiyi fəzilətlərlə, mənəvi rahatlıq və könül xoşluğu ilə başa vura bildi. Sonra “Muğan” liseyinin müəllimi Elnur Hüseynov məruzəsində qeyd etdi ki, Qurani-Kərim haqq və batili bir-birindən ayırmaq üçün məhz Ramazan ayında həzrəti peyğəmbərimizə 23 ilə hissə-hissə nazil olmuşdur. Allah yolunda tutulan oruc çox vacibdir. İnsan həm mənən saflaşır, bəd əməllərdən, qeybətdən uzaq dayanır, həm də fiziki cəhətdən sağlamlaşır. Sonda MKS-in “Yuxarı sinif şagirdləri” bölməsinin böyük kitabxanaçısı G.Məmmədli Ramazan ayının dua və ibadət ayı olduğunu, insanların bundan istifadə edərək Allahın rəhmətini qazanmağa çalışmalı olduğunu bildirdi. O cümlədən MKS-in – 2, 5, 14, 23, 69, 81 saylı filiallarında bu mövzuda sərgilər hazırlanmış, söhbətlər və informasiya günləri təşkil olunmuşdur.

* * *


2001-ci ildən başlayaraq avqustun 1-i ölkəmizdə «Azərbaycan əlifbası» günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır. Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyimizin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunub. 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb, Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşib. Həmin il avqustun 9-da Prezident Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalamışdır. Hər il olduğu kimi bu il də Neftçala MKS-də “Azərbaycan əlifbası” günü münasibətilə müxtəlif kütləvi tədbirlər keçirilmişdir. Belə ki, Mərkəzi Kitabxananın “Xarici ədəbiyyat” bölməsində “Hər şey əlifbadan başlanır” adlı oxucularla söhbət, “Dövrü mətbuat” bölməsində “Dilimiz və əlifbamız”, 44 və 65 saylı Neftçala şəhər, 5 saylı Həsənabad qəsəbə kitabxanasında “Ana dilim doğma dilim”, 32 saylı Abasallı və 81 saylı Xoldördlər filial kitabxanasında “Ana dilim şirindir” adlı informasiya günü, 57 saylı Beşminlik kənd kitabxanasında “Doğransam da dilim-dilim, yaddan çıxmaz ana dilim” adlı poeziya gecəsi keçirilmişdir.

* * *


22 iyul 2011-ci il tarixində Mərkəzi Kitabxanada Milli Mətbuat günü və rayon qəzetinin 80 illik yubileyi münasibətilə “Gündoğar” qəzetinin redaksiya heyəti və rayonumuzun tanınmış ziyalıları ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini G.Abdulhüseynova açaraq qonaqları salamladı. Sonra Mərkəzi Kitabxananın Dövrü Mətbuat bölməsinin böyük kitabxanaçısı İ.Əsgərova Azərbaycan mətbuatının və yerli “Gündoğar” qəzetinin yarandığı dövrdən bu günə qədərki tarixi haqqında ətraflı məlumat verdi. Daha sonra tədbir iştirakçıları - yazıçı, publisist, “Ulutürk dünyası” qəzetinin redaktoru Zabil Pərviz, sanballı araşdırmalar müəllifi İbrahim Nurlu, “Xəzər nəğmələri” ədəbi birliyinin rəhbəri Soltan Abbas, şairlər Cəmaləddin Babayev, Müzəffər Məzahim, Ənvər Əliyev “Gündoğar” qəzetinin əməkdaşları Həqiqət Sərdarova, Müslüm İsmiyev, Əlövsət Əliyev, Teyyub İmanlı, Minəxanım Mikayılova, uzun illər rayon qəzetinin redaktoru olmuş mərhum Vaqif Əliyevin oğlu Vasif Əliyev, Neftçala rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elmira Kazımova və Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Anar Cəfərov çıxış etdilər. Tədbir boyunca ötən illərin şirin xatirələri yada salındı, rayon qəzetinə öz işində uğurlar və uzun ömürlülük arzu edildi. Sonda iştirakçılar Mərkəzi Kitabxananın əməkdaşlarına təşkil edilmiş tədbirə görə təşəkkür edərək xatirə şəkli çəkdirdilər.

* * *



1918-ci il 26 iyun Əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr Günü elan olundu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkili müstəqil Azərbaycanın dövlət quruculuğunda mühüm tarixi nailiyyətlərdən biridir.Bu münasibətlə MKS-nin 6 saylı Z.O.Qoltuq kənd kitabxanasında “Əsgər olmaq bir şərəfdir” başlıqlı kitab sərgisi təşkil edilmiş, 1 saylı Xıllı qəsəbə kitabxanasında “İgid əsgər möhkəm dayan”, 5 saylı Həsənabad qəsəbə kitabxanasında “Ordun varsa, yurdun var”, 65 saylı Gənclər kitabxanasında “Əsgər andı”, 23 saylı Tataraməhlə kənd kitabxanasında isə "26 iyun Milli Silahlı Qüvvələr günüdür" adlı məlumat günləri keçirilmişdir.

* * *

15 iyun Milli Qurtuluş günü ilə əlaqədar Mərkəzi Kitabxananın “Gənclər” bölməsində kitab sərgisi təşkil edilmiş, MKS-nin 44 saylı filial kitabxanasında “Millət atası”, 20 saylı Aşağı Surra kənd kitabxanasında “El atası”, 65 saylı Gənclər kitabxanasında “Ölməz, əbədiyaşar lider” başlıqlı məlumat günləri keçirimişdir. 25 saylı Böyük Oriyat kənd kitabxanasında da bu əlamətdar gün münasibətilə “Müstəqilliyimizin memarı” adlı kitab sərgisi oxuculara təqdim edilmişdir. Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. O, siyasətçi və dövlət xadimi kimi üzərinə düşən ən uca missiyanı gərçəkləşdirdi: müasir Azərbaycan dövlətini yaratdı. 1993-cü ilin yayında xalqımız son imdad yeri kimi ona üz tutanda H.Əliyev Azərbaycanı parçalanıb məhv olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitliyin, təhlükəsizliyin təminatçısı oldu. Bu dahi insanın Azərbaycan üçün gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini oxuculara çatdırmaq məqsədilə Neftçala rayon MKS-ində il boyu Ulu öndərin həyatı və siyasi fəaliyyətini təbliğ edən müxtəlif tədbirlər təşkil edilir.

* * *

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kitabxana informasiya sahəsində çalışan kitabxana mütəxəssislərinin informasiya texnologiyaları ilə işləməsini, onların kompyuter biliklərinin artırılmasını tələb edir. Bu sahədə görülən işlərin səmərəliliyinin artırılması, kitabxana mütəxəssislərinin kompyuter biliklərinə yiyələnməsi üçün şəraitin yaradılması məqsədilə Mədəniyyət və Turizm naziri Ə.Qarayevin 13 aprel 2011-ci il tarixli 146 saylı “Şəhər (rayon) MKS-lərinin direktor müavinlərinin kompyuter biliklərinin artırılması haqqında” əmrinə əsasən Bakıda (10-14 may), Gəncədə (17-21 may) və Lənkəranda (22-27 may) MKS-lərin direktor müavinləri üçün kompyuter kursları təşkil edilmiş və onların kompyuter bilikləri yoxlanılmışdır. Neftçala rayon MKS-in direktor müavini G.Abdulhüseynova may ayının 22-dən 27-nə kimi Lənkəranda keçirilmiş seminar-treninqdə iştirak etmiş və qənaətbəxş nəticə göstərərək müvafiq sertifikat almışdır.

* * *

26-27 may 2011-ci il tarixlərində Mərkəzi kitabxananın Dövrü mətbuat bölməsində və Mərkəzi Xəstəxananın nəzdində yerləşən 69 saylı şəhər kitabxanasında 28 may Respublika günü münasibətilə “Şərqdə ilk Demokratik Respublika“ və “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı informasiya günü keçirildi. Hər iki tədbirdə Xalq Cümhuriyyətinin yaranması, keçdiyi yol və bu gün də həmin ənənələrin davam etdirilməsindən danışıldı. Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Sonda bu mövzuda təşkil olunmuş sərgilərə baxış keçirildi.

* * *




20.05.2011-ci ildə Həsənəbad qəsəbəsinin 5 saylı filial kitabxanasında Həmyerli Milli Qəhrəmanımız Zakir Nüsrət oğlu Məcidovun anadan olmasının 55 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. “Qəhrəmanlar doğulmur, qəhrəman olurlar...” başlığı ilə təşkil olunan tədbirdə ilk olaraq, filial kitabxananın müdiri Məlahət Ələkbərova çıxış edərək Azərbaycanın Milli Qəhrəmanı Zakir Məcidovun nəsillərə nümunə olan ömür yolundan danışdı, ləyaqətlə keçdiyi döyüş yolu haqqqında məlumat verdi. Tədbirdə qəhrəmanın yaxınları, Həsənəbad qəsəbə sakinləri, müəllimlər və şagirdlər də iştirak edirdilər. Kitabxananın fəal oxucuları Fatimə, Tural, Firəngiz, Əlisəfa və başqaları Vətən, şanlı əsgər, qəhrəmanlıq haqqında şeirlər söylədilər. Yuxarı sinif şagirdləri “Əsgər marşı”, “Leytenant” və s. mahnılar ifa etdilər. Z.Məcidovun dayısı Nurəddin Bədəlov Qəhrəmanın həyatından, şərəfli döyüş yolundan danışaraq tədbiri təşkil edənlərə öz təşəkkürünü bildirdi. Həsənəbad qəsəbə sakini Məhəmməd Bədəlov Zakir haqqında fikirlərini söylədi gərəkli məlumatlar verdi. O, bildirdi ki, Z.Məcidov hələ müharibədən əvvəl təyyarəçi işləyərkən belə, çoxlu sayda yerli balıqçıları ölümün pəncəsindən xilas etmişdi. Həsənəbad qəsəbə orta məktəbin direktoru Şakir Bəşirov isə Zakirlə keçən uşaqlıq illərindən, gənclik xatirələrindən danışdı. Mərkəzi Kitabxananın biblioqrafı Nəzakət Məmmədova çıxış edərək, şagirdlərə xalqımızın Qəhrəmanlıq səlnaməsini yazan Zakir Məcidov, Xanoğlan Məmmədov kimi qəhrəmanları unutmamağı, onları dönə-dönə xatırlamağı tövsiyə etdi.

* * *



Neftçala rayon Tarix-diyarşünaslıq Muzeyində 18 may Beynəlxalq Muzeylər günü münasibətilə “Keçmişimizi qoruyaq” adlı musiqili bayram tədbiri keçirildi. 1978-ci ildən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Rayonumuzda Tarix-diyarşünaslıq Muzeyi 1985-ci ildən fəaliyyət göstərir. Muzeyin fondunda keçmişi və bu günümüzü əks etdirən 16 000-dən çox eksponat qorunub saxlanılır. Həmçinin Neftçalada 2007-ci ildən Ümumilli lider H.Əliyevin xatirə muzeyi fəaliyyət göstərir.


* * *





17 may 2011-ci ildə Mərkəzi Kitabxanada Azərbaycan Respublikası Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi “Dan” ictimai birliyinin əməkdaşları-psixoloq Sevinc Məmmədova və təlimçi Mahmudova Mətanət kitabxanaçılara qadın xəstəlikləri, erkən nigahlar, gigiyena qaydaları və s. mövzuları əhatə edən təlim keçirmişlər.


* * *




BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 1994-cü ildən hər il mayın 15-i Beynəlxalq Ailə günü kimi qeyd olunur. Həmin günün təsis edilməsi dünya ictimaiyyətinin müasir ailənin vəziyyəti ilə, onun cəmiyyətdə və böyüməkdə olan nəslin tərbiyəsində rolu ilə bağlı narahatlığından irəli gəlmişdir. Cəmiyyətin saflığı, dövlətin uğurları normal, sivil qaydalar əsasında formalaşan ailə prinsipləri ilə şərtlənir. Bu gün Respublikamızda 1 milyon 800 minə yaxın ailə var. Azərbaycan ailəsi digər ölkələrdəki ailələrdən fərqlənir. Evini və ailəsini möhkəm qala sayan Azərbaycan ailəsinin bu gün müdafiə və dəstəyə ehtiyacı var. Mərkəzi Kitabxananın “Abonement” şöbəsində “Ailə kiçik dövlətdir”, 8 saylı Xolqarabucaq kənd kitabxanasında “Ailə münasibətləri necə formalaşır?”, 23 saylı Tataraməhlə kənd kitabxanasında "15 may Beynəlxalq ailə günüdür", 25 saylı Böyük Oriyat kənd kitabxanasında “Ailənin cəmiyyətdə rolu” mövzusunda söhbət və məlumat günləri keçirilmişdir.

* * *


10 may 2011-ci ildə Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət və İncəsənət sarayında Heydər Əliyevin 88 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə Rayon İcra başçısı İ. Vəliyev başda olmaqla bütün rayon ictimaiyyəti də iştirak edirdi.





* * *


10 may 2011-ci il tarixində “Heydər Əliyev muzeyi”nin qarşısında Ümummilli lider H.Əliyevin anadan olmasının 88 illik yubileyi ilə əlaqədar IV Ümumrespublika Kitab Bayramı keçirildi. Tədbirdə Rayon İcra başçısı İ. Vəliyev də daxil olmaqla bütün rayon ictimaiyyəti iştirak edirdi. Ulu öndərin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra iştirakçılar Mərkəzi Kitabxananın təşkil etdiyi kitablardan ibarət sərgilərə və oxucuların əl işlərinə baxdılar.Sonra məktəblilərin ifasında şeirlər,V.Məmmədov adına 3 saylı Uşaq bağçası,körpələr evinin fidanlarının və Neftçala rayon İncəsənət məktəbinin şagirdlərinin vokal çıxışı dinlənildi.


* * *


09.05.2011- ci il tarixində 9 May Qələbə günü münasibəti ilə “Ana abidəsi” önündə Ümumrayon səviyyəsində tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyev başda olmaqla məsul şəxslər, Böyük Vətən müharibəsinin veteranları və o cümlədən rayon ictimaiyyəti də iştirak edirdi. İcra başçısı bu gün həyatda olan müharibə iştirakçıları ilə tək-tək görüşüb, hər birinə uzun ömür can sağlığı arzu etdi. Sonra bütün tədbir iştirakçıları Böyük Vətən müharibəsində igidliklə döyüşüb, həlak olmuş əsgərlərin xatirəsini yad edərək, abidə önünə əklilər və tər çiçəklər düzdülər.

* * *




Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub.Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri,mədəniyyət və təhsil ocaqları dağıdılmış,Şuşa muzeylərinin qiymətli sərvətləri Ermənistana daşınmışdır.Azərbaycan mədəniyyətinə saysız-hasabsız dühalar bəxş etmiş Şuşa artıq 19 ildir ki,işğal altındadır.Azərbaycan xalqı bu məğlubuyyətlə barışmır,ölkə başçısı bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün var qüvvəsi ilə çalışır.Biz öz tarixi torpaqlarımızı geri almasaq,bu müharibədə həlak olmuş oğullarımızın ruhu qarşısında xəcalətli qalarıq.MKS-nin filial kitabxanalarında bununla əlaqədar bir sıra tədbirlər təşkil edilmişdir: 1 saylı Xıllı qəsəbə kitabxanasında “Bizim yurdlar yerindəmi”, 44 saylı Neftçala şəhər kitabxanasında “Güllələnmiş heykəllər”, 62 saylı Yeni yod-brom zavod kitabxanasında “Əlim çatmır o ellərə” başlıqlı kitab sərgiləri, 20 saylı Aşağı Surra kənd kitabxanasında “Şuşa və Laçın Azərbaycanın mədəniyyət inciləridir”, 2 saylı Bankə qəsəbə kitabxanasında “Vətən həsrəti” başlıqlı məlumat günləri keçirilmişdir.

* * *


2 may 2011-ci ildə Mirqurbanlı kənd orta məktəbində Mərkəzi Kitabxananın “Gənclər” bölməsinin kitabxanaçıları öz fəal oxucularının iştirakı ilə dahi şairimiz Səməd Vurğunun 105 illiyi münasibətilə ədəbi-bədii gecə keçirmişlər.Tədbiri giriş sözü ilə məktəbin ədəbiyyat müəlliməsi Cəvahir xanım açıq elan etmiş,daha sonra müəllimələr-Zeynalova S., Əhmədova G. və Qafarova L. S.Vurğunun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Tədbir boyunca məktəblilərdən Hüseynova Aysel şairin “Ellər dünyası”, Qubadov Gülməmməd “Otuz yaşında” şeirlərini, Əsədov Bəxtiyar isə “Muğan” poemasından bir parça söylədilər. Daha sonra Mənəfov Seymur və Hüseynov Fəridin iştirakı ilə “Vaqif”dramından kiçik səhnəciklər göstərildi..Tədbirin sonunda iştirakçılara hədiyyələr verildi.

* * *




29 aprel 2011-ci il tarixində Neftçala şəhər MKS-nin Uşaq bölməsində uşaqların sevimli şairi Abdulla Şaiqin 130 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə MKS-in direktoru Gülnarə Qasımova açdı. O qonaqları salamlayaraq, A. Şaiqin həyat və fəaliyyəti haqqında qısa məlumat verdi. Tədbirdə 1 nömrəli məktəbin şagirdləri, 3 nömrəli uşaq bağçasının fidanları, Mərkəzi Kitabxananın Uşaq bölməsinin oxucuları və kitabxanaçılar iştirak edirdilər. Tədbir boyunca uşaqların ifasında şairin ən çox sevilən “Xoruz”, “Keçi”, “At”, “Dovşan” və digər şeirləri dinlənildi. Bundan başqa “Tıq-tıq xanım”, “Yaxşı arxa” mənzum şeirlərindən hazırlanmış səhnəciklər göstərildi. Sonda A.Şaiqin kitablarından ibarət sərgiyə baxış keçirildi.

* * *



Neftçala rayon MKS-nin 57 saylı filial kitabxanasında 2011-ci ilin aprel ayı ərzində “Kitabxanamızdakı xidmət işi sizi qane edirmi?” mövzusunda sorğu keçirilmişdir. Sorğuda iştirak edən oxucular 57 saylı filial kitabxananın işindən razı qaldıqlarını bildirmişlər. Belə ki, kitabxana daim açıq olmuş, kitabxanaçılar mümkün olduqca oxucuları boş qaytarmamağa çalışmışlar. Kitabxanada olan səliqə-səhman, müxtəlif mövzularda təşkil olunmuş kitab sərgiləri, stendlər, plakatlar oxuculara xoş təsir bağışlayır. Lakin oxucular kitabxananın fondunda bəzən istədikləri kitabları tapa bilmirlər. Bu gün kitabxanada ailə, uşaq, məktəb, müəllim, şagird münasibətinə, komputerin tədrisinə aid kitablara ehtiyac vardır. Oxucuların böyük əksəriyyəti detektiv janrında olan rus və xarici ədəbiyyat nümunələrinə ehtiyac olduğunu qeyd etmişlər. Hər bir müasir kitabxana kimi 57 saylı filial kitabxanada da kompüter texnikasına ehtiyac vardır. Sorğunun keçirilməsində məqsəd oxucu marağını öyrənmək və xidmət işini onun əsasında qurmaq idi.

* * *



22 aprel 2011-ci ildə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində olan ilk təşkilatların Gender problemləri üzrə komissiyalarının sədrlərinin və üzvlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. İclası AHİK-in Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı respublika Komitəsinin sədri Cəmilə Səttarova açıq elan etdi. O, AHİK-in Gender bərabərliyi və qadın problemləri üzrə mərkəzin fəaliyyətinin əsas istiqamətləri barədə söz açdı. Daha sonra Nefçala rayon İcra Hakimiyyəti Başçısının təhsil, səhiyyə, mədəniyyət üzrə müavini Vəfa Novruzova, Neftçala rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Ədalət Hüseynov, MİMHİ RK-nın Gender bərabərliyi və qadın problemləri üzrə komissiyasının sədri Arifə Zülfüqarova və Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Şirvan, Salyan rayonlarının təmsilçiləri çıxış etdilər. Tədbirin keçirilməsində məqsəd qadınların öz hüquqlarından xəbərdar olmasını təmin etmək, onları maarifləndirmək idi.

* * *



Mərkəzi Kitabxananın “Uşaq” bölməsində Azərbaycan ədəbiyyatının görkəmli və unudulmaz simalarından biri-şair, nasir, dramaturq, pedaqoq Abdulla Şaiqin 130 illiyi münasibətilə kitab sərgisi təşkil edilmişdir. Bütün yaradıcılığı boyu Azərbaycan mənəviyyatına, elminə, maarifinə, ədəbiyyatına, siyasətinə xidmət edən A.Şaiqin qocalmaq bilməyən poeziyası və köhnəlmək bilməyən şeirləri hər zaman oxunan yadda qalan və sevilən şeirlərdir.



* * *



12 aprel 2011-ci il tarixində “Hüquq-İnformasiya Mərkəzində” 28 aprel Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş “Əmək hüquqlarınızdan məlumatlısınızmı?” adlı anonim sorğu keçirildi.Ümumdünya Əməyin Mühafizəsi günü 1996-cı il aprelin 28-dən qeyd olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əsasında tərtib olunmuş sorğu Neftçala rayonunun dövlət qulluğunda çalışan işçiləri arasında keçirilmişdir.Keçirilmiş sorğunun nəticələrinə əsaslanaraq təəssüf hissiylə qeyd etmək lazımdır ki, insanlar öz hüquq və vəzifələrindən xəbərsizdirlər. Hətta bəzi məsul şəxslər belə “hüquq”, “vəzifə”, “tətil” anlayışlarını bir-birindən fərqləndirə bilmirlər.Sorğu zamanı müşahidə olunan bir sıra mənfi hallara baxmayaraq sorğuya məsuliyyətlə yanaşanlar, öz hüquq və vəzifələri haqqında verilən sualları həvəslə cavablandırdılar.

* * *



31 mart 2011-ci ildə Mərkəzi Kitabxanada 1918-ci il azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Türkün qanı ilə yazılmış tarix” adlı anım mərasimi keçirildi. Tədbirdə Neftçala rayon MKS-nin kitabxanaçıları ilə yanaşı Muğan liseyinin müəllim və şagirdləri də iştirak edirdilər. Tədbiri giriş sözü ilə MKS-nin direktoru G.Qasımova açaraq qeyd etdi ki, tarixi faciələri yenidən yaşamamaq üçün belə tədbirlərin keçirilməsi çox vacibdir. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Mərkəzi Kitabxananın “Yuxarı sinif şagirdləri” bölməsinin böyük kitabxanaçısı G.Məmmədli geniş məruzə ilə Bakı, Quba, Lənkəran, Şamaxı və Neftçala rayonunda baş verən qanlı hadisələrdən bəhs etdi. Direktor müavini G.Abdulhüseynova “Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım” adlı məruzə ilə çıxış edərək tarixi mövzularda nəşr edilmiş kitablar silsiləsindən M.S.Ordubadinin 1905-1907 ci illər erməni müsəlman davasından bəhs edən “Qanlı illər” kitabının nəşrinin 100 illiyi ilə əlaqədar məlumat verdi. Daha sonra Muğan liseyinin tarix müəllimi V.Dadaşov tarixin daha qədim səhifələrinə müraciət etməklə erməni vəhşiliklərini ifşa edən faktlar söylədi. Sonda mərasimdə iştirak edən məktəblilər kitab sərgisinə baxış keçirdilər.

* * *



19 mart 2011-ci ildə X.Məmmədov adına Mədəniyyət və İncəsənət sarayının qarşısında Novruz şənliyi keçirilmişdir.Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkil etdiyi şənlikdə Neftçala rayon İcra Hakimiyyəti aparatının rəhbər işçiləri və şəhər sakinləri iştirak edirdilər.Şənlikdə xalqımızın ən qədim və müqəddəs bayramı olan Novruzun bütün atributları - bayram xonçaları, tonqal, Keçəl, Kosa, pəhləvanların çıxışı, məzəli səhnəciklər, şən mahnılar, rəqslər, hətta xoruz döyüşü də var idi.Rayon İcra Hakimiyyəti başçısı T.Qaraşov neftçalalılara ünvanlanmış təbrik çıxışında Novruzun birlik və həmrəylik bayramı olduğunu xüsusi qeyd edərək hər kəsi inkişaf etməkdə olan ölkəmizin Prezidenti cənab İlham Əliyevin ərtafında sıx birləşməyə çağırdı.

* * *



10 mart 2011-ci il Milli Teatr günü ilə əlaqədar Mərkəzi Kitabxananın İncəsənət bölməsində kitab sərgisi təşkil edilmişdir. Sərgidə Azərbaycanda teatr tarixinin inkişaf mərhələlərini və görkəmli teatr xadimlərinin yaradıcılığını əks etdirən kitablar nümayiş etdirilir.”Teatrımızım böyük tarixi,böyük ənənələri,gözəl nümunələri var və bu teatr bu gün də,gələcəkdə də yaşayacaqdır”(H.Əliyev).Azərbaycan teatrının tarixi 1873-cü il martın 10-u və aprelin 17-də H.Zərdabinin təşəbbüsü , N.Vəzirov və Ə.Adığözəlovun fəal iştirakı ilə M.F.Axundovun Bakıda səhnəyə qoyulmuş “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşası ilə başlanıb.Milli teatrımızin 138 illik inkişaf yoluna nəzər salarkən məlum olur ki, Azərbaycan teatrı həmişə milli-ictimai fikrin ön xəttində durmuş,xalqın mədəni intibahında,tərəqqi və azadlıq hərəkatında tarixi rol oynamışdır. Müstəqillik yolu ilə irəliləyən respublikamızın milli teatrı işıqlı və demokratik ideallar uğrunda mübarizəsini bu gün də davam etdirir, vətəndaşlıq, müasirlik mövqeyini, yaradıcılığındakı bəşəri və humanizm ideyalarını möhkəmləndirir.

* * *



Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə e`tiraz olaraq tə`til etməsi qəbul edilir. Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması qərarlaşdırıldı. 1975-ci il, dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə keçdi. Həmin ilin beynəlxalq qadın ili e`lan edilməsindən sonra BMT, 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirtdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Beynəlxalq Qadınlar Günü, eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Hörmətli Xanımlar! Sizi 8 Mart münasibətilə Təbrik Edirik!

* * *



01 mart 2011-ci ildə X.Məmmədov ad. Mədəniyyət və İncəsənət sarayında Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar tədbir keçirildi.Rayon Mədəniyyət və Turizm şöbəsinin İnspektoru R.Əzizov hər il olduğu kimi mədəniyyət işçilərinin mülki müdafiə biliklərinin artırılması məqsədilə “Mülki müdafiə sistemində qadınların rolu və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etdi.İştirakçılara fövqəladə hallarda necə davranmaq lazım olduğunu göstərmək üçün foto slaydlar nümayiş etdirildi.Sonda işçilərə baş vermiş yanğın zamanı yanğınsöndürən balonlardan istifadə qaydaları əyani şəkildə nümayiş etdirildi.

* * *



26 Fevral 2011-cu ildə Neftçala rayon Mədəniyyət və İncəsənət sarayında Xocalı faciəsinin 19-ci ildönümünə həsr edilmiş ədəbi-bədii gecə keçirildi. Tədbir Neftçala rayon Mərkəzi Kitabxanası və digər mədəniyyət müəssisələrinin birgə iştirakı ilə hazırlanmışdır. Geniş Ictimaiyyət üçün nəzərdə tutulmuş tədbirdə ilk öncə, Xocalı faciəsinin dəhşətlərni əks etdirən foto-stendlər, ədəbiyyatlar və vidiolentlər iştirakçıların diqqətinə çatdırıldı, XX əsrin ən böyük faciəsi Xocalı soyqırımına həsr edilmiş ədəbi kompozisiya və səhnələşdirlmiş parçalar nümayiş etdirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı T.Qaraşov başda olmaqla digər məsul şəxslər və rayon ictimaiyyəti də yaxından iştirak etdi. Tədbir boyu Xocalı faciəinin qurbanları anıldı və sonda əsgərlərin iştirakı ilə işğal altında qalan torpaqlarımızın tezliklə azad olunacağına, o cümlədən Qarabağda qurban getmiş şəhidlərin, günahsız insanların qanının yerdə qalmayacağına and içildi.

* * *



24 fevral 2011-ci ildə MKS-nin 23 saylı Tataraməhlə kənd kitabxanasında Xocalı faciəsinin 19-cu ildönümünə həsr edilmiş “Laylay,Xocalım,laylay” adlı anım mərasimi keçirildi.Mərasimi giriş sözü ilə filial müdiri Əhmədova Əminə açaraq xalqımızın qan yaddaşına ən ağır günlərdən biri kimi əbədi həkk olunmuş o dəhşətli faciə barədə danışdı.Sonra Tataraməhlə kənd məktəbinin müəllimləri Qurbanova İlahə və Həsənova Narıc çıxış etdilər.Tataraməhlə kənd əsas məktəbinin şagirdləri Məmmədova Aytən, Nəzirova Gövhər, Abdullayeva Könül, Qurbanov Səid,Vəliyev Elnur və b. Xocalı faciəsinə həsr edilmiş şer və bayatılar söylədilər.Tədbirdə “Xocalı faciəsi” adlı ədəbiyyat sərgisi də təşkil edilmişdi.

* * *



24 fevral 2011-ci ildə MKS-nin 57 saylı Beşminlik kənd kitabxanasında Xocalı faciəsinin 19-cu ildönümünə həsr edilmiş “Əsrə sığmayan faciə” adlı anım mərasimi keçirildi.Mərasimi giriş sözü ilə filial müdiri Qəmbərova Bibixanım açdı.Kitabxanaçı Xantemirova Məhbubə “Xocalı qan yaddaşımız” mövzusunda ətraflı məruzə etdi.Sonra Beşminlik kənd klubunun müdiri Gözəlova Nazilə və kənd ibtidai məktəbin müdiri Abbasova Zülfiyyə çıxış etdilər.Beşminlik kənd ibtidai məktəbinin şagirdləri Mənəfova Gülcahan, Mütəllimova Aytəkin, Kərimov Vidadi, Əliyev Müşfiq, Rəsulova Xanımana, Məcidov Uğur Xocalı faciəsinə həsr edilmiş şer və ağılar söylədilər.Tədbirdə həmçinin faciəni əks etdirən ədəbiyyat sərgisi də təşkil edilmişdi.

* * *


23 fevral 2011-ci ildə Mərkəzi Kitabxanada Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə “Xocalı - dərdim mənim” adlı anım mərasimi keçirilmişdir.Tədbiri MKS-nin 65 saylı Gənclər kitabxanasının kitabxanaçıları təşkil etmişdilər.Mərasimi giriş sözü ilə MKS-nin direktoru G.Qasımova açaraq üzdəniraq qonşularımızın xalqımıza qarşı qurduğu məkrli planlarını ardıcıllıqla həyata keçirdiklərini və dünya dövlətlərinin də bu vəhşiliklərə biganə münasibət göstərməsinin dözülməz fakt olduğunu qeyd etdi.Faciənin qurbanları 1 dəqiqəlik sükutla yad edildi.Aparıcılar Ülvi Nəbiyev və Türkan Nəbiyeva 1992-ci ilin 25 fevral gecəsində erməni qəsbkarlarının Xocalıda törətdikləri qanlı qırğından və azərbaycanlılara qarşı zaman-zaman işgəncələr və qətllər yolu ilə həyata keçirilmiş soyqırımdan söhbət açdılar.Şəhid Elton Həbibov ad. 4 saylı orta məktəbin şagirdləri Quliyeva Aytac,Əliyeva Günel, şəhid Mehman Səfərov ad. İnternat məktəbinin şagirdləri M.Kərimov,İ.Hüseynov,A.Məmmədova,N.Məmmədov, V.Məmmədova o kədərli günü əks etdirən şerlər söylədilər.

* * *


19 yanvar 2011-ci ildə Neftçala Şəhər X.Məmmədov adna Mədəniyyət və Incəsənət sarayının şəkil Qalereyasında 1990-cı il 20 yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.Mərasimdən əvvəl Qalereyada təşkil edilmiş rayon məktəblilərinin “20 yanvar” mövzusunda çəkdikləri rəsmlərdən ibarət şəkil sərgisinə və Mərkəzi kitabxananın təşkil etdiyi kitab sərgisinə baxış keçirilmişdir.Mərasimi giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin Inspektoru R.Əzizov açaraq o müdhiş günlərdə şahidi olduğu dəhşətli hadisələrdən söz açaraq 1990-ci il yanvarın 25-də sovet ordusu əsgərlərinin Neftçalada törətdiyi vəhşilikləri yada saldı.Həmçinin MKS-nin 70 saylı Uzunbabalı kənd kitabxanasının böyük kitabxanaçısı Y.Hüseynovanın Bankı qəsəbə 1 saylı orta məktəbinin şagirdlərinin ifasında hazırladığı bədii kompozisiya iştirakçılara təqdim edildi. Məktəblilər-T.İsgəndərova, S.Abdullayeva, R.Zeynalova, K.Cavadov,T.Zeynalzadə və b. o faciəli günlərdə vətən uğrunda həlak olmuş şəhidlərə həsr edilmiş şerlər söylədilər.

* * *

2011-сi ilin yanvar ayında Mərkəzi KitabxananIn “Gənclər” bölməsində dahi sair, mutəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə “Söz ruhdur, can üçün böyük dərmandIr, can tək əzizliyi bəlkə ondandır” başlıqlı kitab sərgisi təşkil edilmisdir. Sərgidə Nizaminin həyat və yaradıcılıgını əks etdirən zəngin materiallar nümayiş etdirilir. Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi nadir sənət dahisi Nizaminin yüksək ideyaları bu gün də dövrümüzün aktual problemləri ilə səsləşməkdədir.