















|
ŞOKOLADLI-BANANLI KEKS
ƏRZAQLAR:
245 qr un
30 qr tünd kakao tozu
1 stəkan şəkər tozu
0,5 çay qaşığı soda
1/4 çay qaşığı duz
Bir çimdik vanil tozu
3 yetişmiş banan (yaxşıca əzilmiş)
2 yumurta, yüngülvari mikserlə və ya qaşıqla çalınmış
120 qr qazın üzərində və ya mikrodalğalı sobada əridilmiş (bildiyiniz ərinmiş yağ deyil) və soyudulmuş kərə yağı
55 qr xırda (noxud boyda) doğranmış qoz
85 q xırda (noxud boyda) doğranmiş tünd plitka şokolad
HAZIRLANMASI:
Sobanı 180˚C-dək qızdırın. 23x13x8 sm ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın. Böyük bir qabda un, kakao tozu, şəkər tozu, soda, duz və vanil tozunu qaşıqla qarışdırın. Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta yerində 55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub-olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən keksin üzərinə şəkər nişastası səpə və yaxud da şokoladlı qlazur yaya bilər. Bu keks isti-isti də çox ləzzətli olur. Nuş olsun!
LİMONLU PİROQ
ƏRZAQLAR:
3 ədəd limon
170 qr kərə yağı - otaq hərarətində
1/4 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)
Bir stəkan yarım un
2 çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
1 stəkan şəkər tozu
3 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı
2 ədəd iri yumurta - ağını sarısından ayırın
1/4 çay qaşığı qədər vanil ekstraktı
Yarım stəkan süd
HAZIRLANMASI:
Sobanı 180C-dək qızdırın. Limonların uclarını kəsin, sonra isə iti bıçaqla limonları nazik halqalara doğrayın (nə qədər nazik olsalar, o qədər yaxşıdır). Toxumlarını çıxardın. 25 sm ölçüsündə olan dibi yapışmayan və soba istisinə dayanıqlı tavada 70 qr kərə yağını mixəyi şəkərlə bərabər orta odda əridin. Limon halqalarını əlavə edib, odu bir az artırıb, tavadakı ərzaqları qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tavanı kənara çəkin. Tavadakı limonları səliqəli şəkildə düzün. Un, qabartma tozu və duzu bir kasada qarışdırın. Qalan 100 qram yağı mikserlə rəngi açılanadək çalın. Şəkər tozu və limon qabığını əlavə edərək kütlə “yüngülləşənədək” çalın. Yumurta sarısı və vanil ekstraktını əlavə edərək ərzaqlar qarışanadək çalın. Mikserin sürətini azaldaraq unlu qarışıq və südü arayla və az-az əlavə edərək kütləni hər əlavədə ərzaqlar qarışanadək çalın. Yumurta ağlarını təmiz və quru qabda “bərkiyənə” qədər çalın. Çalınmış ağları tədricən digər kütləyə əlavə edin və kütlənin içinə yüngülvari hərəkətlə qarışdıraraq yedirdin. Mikserlə deyil, spatula və ya qaşıqla! Diqqətli olun, çox qarışdırmayın. Alınan kütləni limon dilimlərinin üstünə töküb spatula və ya qaşıqla üstünü hamarlayın. Piroqu sobanın orta təbəqəsində 45-50 dəqiqə və yaxud üstü qızaranadək bişirin. Piroqun hazır olub olmadığını onun ordasına kibrit soxub-çıxartmaqla yoxlamaq olar - əgər kibrit təmizdirsə və üstünə xəmir yapışmayıbsa, deməli piroq hazırdır. Tavanı kənarda 10 dəqiqə soyudun. Spatula və ya bıçaqla piroqun kənarlarını tavadan ayırın və piroqu istiyə dayanıqlı qaba alt-üst çevirin. Piroqu 5 dəqiqə də soyutduqdan sonra süfrəyə bir az istiykən verin. Nuş olsun!
DARÇINLI BULKALAR
ƏRZAQLAR:
Xəmir üçün:
5 qr tez təsir edən maya
150 qr şəkər
450 qr buğda unu
30 qr kərə yağı
200 ml süd
1 ədəd yumurta
Duz
İçi üçün:
25 q kərə yağı
100 q şəkər
3 çay qaşığı döyülmüş darçın
Şirə üçün:
100 ml süd
50 ml su
50 q şəkər
HAZIRLANMASI:
Süd vam odda qızdırılır, ona kərə yağı, şəkər və duz əlavə edilir, bunlar qarışdırılır və otaq temperaturunda soyumağa qoyulur. Maya bir qədər isti suda həll edilir, buna yumurta əlavə edilib qarışdırılır. Bundan sonra hər iki məhlul bir-birinə qarışdırılır. Buna un qatılır və xəmir yoğrulur. Xəmirin üstü dəsmal və ya qida örtüyü ilə örtülür və 1 saatlığa isti yerə qoyulur. Xəmir qalxanda əzilir və yenidən 1 saatlığa qoyulur. Hazır xəmir iki yerə bölünür. Bunlardan biri düzbucaqlı şəklində yayılaraq açılır. Xəmir yağlanır, onun üstünə şəkər və darçının qarışığı səpilir. Bundan sonra xəmir təbəqəsi rulet şəklində bükülür və alınan rulet 2,5 – 3 sm qalınlığında doğranır. Eyni iş xəmirin ikinci hissəsi ilə də görülür. Sonra bulkalar yağlanmış və un səpilmiş tavaya qoyulur və 30 dəqiqə saxlanır. Bundan sonra tava mətbəx plitəsinə («duxovka») qoyulur. Mətbəx plitəsi 200 S-ə qədər qızdırılır, bulkalar 10-15 dəqiqə bişirilir. Şirə hazırlamaq üçün süd, şəkər və su qarışdırılaraq 3-4 dəqiqə qaynadılır. Tava mətbəx plitəsindən («duxovka») çıxarılır, bulkalar şirə ilə 2-3 dəfə bolluca şirələnir, və tava yenidən plitəyə qoyulur və 5 dəqiqə saxlanır. Darçınlı bulkalar hazırdır. Nuş olsun!
ZEBRA TORTU
ƏRZAQLAR:
4 yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
1 stəkan bitki yağı
2 stəkan un
1/3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu
HAZIRLANMASI:
Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxşı qarışana qədər çalmağa davam edin. Ayrı qabda unu¸ vanili və sodanı qaşıqla qarışdırın. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxminən 10 saniyə müddetində) çalın. əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Alınan qarışığı iki eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın. Sobanı 180˚C-dək qızdırın. Diametri 23 sm olan yumru tort formasını azacıq yağlayın və dibinə perqament kağızı sərin. Ağ qarışıqdan 3 xörək qaşığı götürün və formanın ortasına tökün. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan tökün. Qarışıqlar qurtarana kimi eyni şəkildə dayanmadan davam edin. Qarışıqları yaymayın, formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq. Nuş olsun!
ŞORQOĞALI
ƏRZAQLAR:
680 qr buğda unu
30 qr ərinmiş yağ
5 qr duz
20 qr maya
350 qr su
İç üçün:
1 ədəd yumurta
20 qr ərinmiş yağ
0.1 qr sarikök
0.02 qr istiot
1 qr duz
10 qr buğda unu
0.1 qr razyana
HAZIRLANMASI:
Qoğalın içi belə hazırlanır:
Yumurtanın ağını ərinmiş yağla köpüklənincəyə qədər çalırlar, sonra döyülmüş razyana, sarıkök, darçın, istiot, duz və buğda unu əlavə edərək, tozaoxşar dənəvər kütlə əmələ gəlincəyə qədər ovuşdururlar.
Ələnmiş birinci növ buğda unundan su, maya və duzla bərk xəmir yoğururlar və acımaq üçün 1-1.5 saatlığa isti (30-35C) yerə qoyurlar. Xəmir gəldikdə 150-200 qramlıq parçalar kəsib, kündə qayırırlar və 0.5 mm qalınlıqda yayırlar. Beləliklə, 5 yuxa hazırlayırlar. Bunlardan dördünün bir üzünü yağlayırlar və bir-birinin üstünə yığırlar. Axırıncı, beşinci yuxanı yağlamırlar. Sonra bir-birinin üstünə yığılmış bu yuxaları 10-15 sm irilikdə doğrayırlar və buraraq, şaquli istiqamətdə yastılayırlar, papaq kimi qayırıb, içinə iç qoyurlar, xəmirin qıraqlarını birləşdirib hamarlayırlar, yastı qoğal qayırıb üzünə zəfəranla yumurta sarısı çəkirlər, yağ sürtülmüş sinilərə düzüb duxovkada bişirirlər və ya təndirə yapırlar. Nuş olsun!
ŞƏKƏRÇÖRƏYİ
ƏRZAQLAR:
530 qr əla növ buğda unu
260 qr ərinmiş yağ
300 q şəkər kirşanı
1 ədəd yumurta
3 qr vanil
HAZIRLANMASI:
Ərinmiş yağ şəkər kirşanı ilə 25 – 30 dəqiqə çalınır, bu zaman ona az-az yamurta ağı əlavə edilir. Çalıntıya vanilin və ələnmiş un qatılıb xəmir yoğrulur. Həmin xəmirdən 60 – 75 qramlıq girdə kündələr hazılranır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175 – 180 C istilikdə 25 – 30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üstünə şəkər kirşanı səpilir. Nuş olsun!
ŞƏKƏRBURA
ƏRZAQLAR:
600 qr əla un
150 qr ərinmiş yağ
200 qr üzlü süd
2 ədəd yumurta
5 qr duz
20 qr maya
İç üçün:
Badam
500 q fındıq ləpəsi
500 qr şəkər
0.05 qr vanil
3-5 ədəd hil
HAZIRLANMASI:
İçin hazırlanması:
Şirin badamın ləpəsini qaynar suya tökürlər, qabığı asanlıqla çıxana qədər (5-8 dəqiqə) pörtürlər, qabıqdan çıxarıb azacıq qurudaraq xırda gözlü badam 1:1 nisbətində şəkərlə qarışdırırlar. Badam olmadıqda fındıq da götürmək olar. Fındığın içini tavada o vaxta qədər qovurlar ki, onun nazik qabığı asanlıqla çıxsın, lakin yanmasın. Fındıq ləpəsinin qabığını cod dəsmal arasında sürtməklə çıxarır, sonra badam kimi maşında çəkib, 1:1 nisbətdə şəkərlə qarışdırırlar. Fındıq ləpəsinin keyfiyyəti badamdan aşağı olur.
Xəmir mayasını 25-30-yə qədər qızdırılmış üzlü süddə əridirlər, azacıq duz vururlar. Bir qaba un tökürlər, ona maya vurulmuş süd, çiy yumurta, əridilmiş yağ qatıb, bərk xəmir yoğururlar və üstünü örtüb acımaq üçün 1-1.5 saatlığa isti bir yerə (30-35 C) qoyurlar. Xəmir acıdıqda onu kündələyib 2mm qalınlıqda yayaraq, dəyirmi qabla 10 sm diametri olan dairələr kəsirlər. Sonra dairənin bir tərəfinə hazırlanmış iç qoyurlar və üstünü o biri yarısı ilə örtüb, qıraqlarını yiv şəklində bururlar. Sonra şəkərburanı sol əlin ovcunda tutaraq, sağ əllə maqqaşla bir üzündə müxtəlif naxışlar açır və xəmiri qurutmadan sinilərə yığıb, duxovkaya qoyaraq azacıq qızarıncaya qədər bişirirlər və çıxarıb soyudurlar. Nuş olsun!
ARMUDLU KEKS
ƏRZAQLAR:
4 ədəd yumurta
2 ədəd sulu armud
3 stəkan un
1 qəhvə fincanı duru yağ
1,5 stəkan toz şəkər
1 ədəd vanel
1 paket qabartma tozu
HAZIRLANMASI:
Toz şəkərdən 1 yemək qaşığı ayrıldıqdan sonra qalan şəkərə yumurtalar əlavə olunur, boz şəklinə gəlincəyə qədər çırpılır. Üzərinə armud xaricində bütün ləvazimatlar qatılıb yaxşı bir keks qarışıq məhlulu əldə edilir. Yağlanmış, unlanmış düz bir qəlbə qarışıq məhlul tökülür. Üzərinə xəmir görünməyəcək şəkildə incə doğranmış armud dilimləri düzülür. Armud dilimlərinin üzərinə əvvəldən ayrılan bir yemək qaşığı toz şəkər səpilir. 175 dərəcə ocaqda hardasa 45 dəqiqə bişirilir. Nuş olsun!
MÜRƏBBƏLİ SADƏ KEKS
ƏRZAQLAR:
1stəkan un
1 stəkan şəkər tozu
2 ədəd yumurta
0,5 stəkan çay dəmi
0,5 çay qaşığı çay sodası
3 xörək qaşığı mürəbbə (istənilən mürəbbədən olar, daha yaxşı isə qara qarağatdan və üzümdən alınır)
HAZIRLANMASI:
Yumurta ilə şəkər tozunu qarışdırırıq. Üzərinə mürəbbə əlavə edirik. Sonra soyumuş dəm çayını tökürük. Çay sodası, un əlavə edib qarışdırırıq, xəmir halına salırıq. Hazır xəmiri yağlanmış keks formalarına yerləşdirib sobanın nimçəsinə düzürük. Və ya xəmiri yağlanmış soba nimsəçinə də yaymaq olar. Keksləri sobada qızarana qədər bişiririk. Hazır kekslərin üzərinə ya mürəbbə, ya qatılaşdırılmıq süd çəkir, ya da şəkər pudrası və ya üyüdülmüş qoz ləpəsi səpirik. Nuş olsun!
MAYALI RUS BLNİLƏRİ
ƏRZAQLAR:
3 yumurta
3 st. süd
1 st. su
2,5 st. un
1 ç.q. duz
30 qr. maya
2 x.q. şəkər tozu
50 qr. yağ
HAZIRLANMASI:
Qabda 1 stəkan un, 1 qaşıq şəkər tozu və mayanı qarışdırıb, üzərinə dəsmal örtüb, qabarmağını gözləyirik. Başqa bir qabda yumurtanın ağını sarısından ayırıb, sarısını şəkər tozu ilə qarışdırırıq, üzərinə unu ələyirik. Kərə yağını əridib, bir az soyuduruq. Qabarmış xəmirmayanın üzərinə duz, yumurta sarısı və şəkər tozu ilə qarışdırılmış məhlulu əlavə edirik. Bunun da üzərinə yavaş-yavaş un əlavə edib, məhlulu eyni rəngdə olana qədər qarışdırırıq. Sonra kərə yağını da əlavə edib, isti yerə qoyuruq. Acıdıqdan sonra yenə qarışdırırıq. İndi isə bir çimdik duzla çalınmış yumurta ağını buna əlavə edirik, ehtiyatla qarışdırıb, bir az da acımağa qoyuruq. Bundan sonra xəmiri qarışdırmırıq. Çömçə ilə qabın dibidəki xəmirdən götürüb, qızdırılmış yağlı tavaya tökərək qızardırıq. Bişdikdən sonra qaba qoyub, üzərinə kərə yağı çəkirik. Nuş olsun!
|