















|
"AZƏRBAYCAN RESPUBLİKASINDA KİTABXANA-İNFORMASİYA SAHƏSİNİN 2008-2013-CÜ İLLƏRDƏ İNKİŞAFI ÜZRƏ"
DÖVLƏT PROQRAMI
ÜMUMİ MÜDDƏALAR.
1.1. Mövcud vəziyyət
Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli 56 nömrəli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli 562 nömrəli sərəncamları ilə təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı", "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" kimi mühüm sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən hadisələr kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərmiş, kitab nəşri və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşmüş, onların maddi-texniki bazasının olduqca zəifləməsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana sahəsinin tənəzzülünə səbəb olmuşdur. Nəticədə kitabxanalar real və potensial oxucularını itirmiş, xeyli sayda kitabxanalar toplanılmış, əksəriyyəti oxucu tələbatını ödəyə bilməmiş, mövcud ştat vahidləri ixtisar edilmişdir. 1990-cı ildə respublika üzrə kütləvi kitabxanaların kitab fondu 45,3 milyon, 2002-ci ildə 36,9 milyon, 2003-cü ildə 36,8 milyon nüsxəyə enmişdir. 2004-cü ildə isə bu göstərici 36,5 milyon nüsxə təşkil etmişdir. Bunun əsas səbəbi Ermənistan silahlı qüvvələri tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması nəticəsində 9 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın tamamilə məhv edilməsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə təmin edilməməsi, habelə kitabxana fondlarından məzmunca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş kitabların çıxarılması olmuşdur.
Azərbaycan Respublikasında 12 mindən çox müxtəlif tipli kitabxananın daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət və təhsil müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar, o cümlədən 6 respublika əhəmiyyətli kitabxana, Bakı şəhərində 84 kitabxana və filialı, 72 şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) daxildir. Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərində 927 kitabxana və kitabxana filialını özündə birləşdirən 9 rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 4 milyondan artıq kitab fondu məhv edilmişdir.
Azərbaycanşünaslığa dair qiymətli əsərlərin böyük hissəsi XIX əsrin əvvəllərindən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərinin kitabxanalarına aparılmışdır. Həmin əsərlərin əslinin, yaxud surətlərinin Azərbaycan kitabxanalarına qaytarılması zəruridir.
Respublikada ən mühüm sənəd və digər çap əsərlərinin sığorta fondunun yaradılmasına ehtiyac vardır. Belə fondlar sözügedən çap məhsullarının müxtəlif dövrlərdə sosial və təbii təsirlər nəticəsində tamamilə məhv olmasının qarşısının alınmasına, millətin tarixi yaddaşının qorunub saxlanılmasına xidmət edir.
Dünyanın qabaqcıl ölkələrində olduğu kimi (Fransada Pompidu, ABŞ-da Kennedi, Vaşinqton və s.), Azərbaycanda yaradılacaq Heydər Əliyev Mərkəzinin nəzdində də Heydər Əliyev Milli Kitabxana-informasiya Kompleksinin təşkili zəruridir.
Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların 90 faizi müasir tələblərə cavab vermir. BIr neçə kitabxana istisna olmaqla, kitabxanaların əksəriyyəti yararsız vəziyyətdədir. Kitabxanaların bir çoxu qəza vəziyyətində olan uyğunlaşdırılmış və yardımçı binalarda fəaliyyət göstərir. Respublikanın rayonlarında kənd kitabxana filiallarının bir hissəsi şəxsi evlərdə yerləşir. Kənd və qəsəbə kitabxana filiallarının 79,2 faizinin sahəsi darısqal olduğundan, oxu zalları təşkil etmək qeyri-mümkündür. Bu səbəbdən əhalinin 66,8 faizi kitabxanalardan istifadə edə bilmir. Mingəçevir, Şəki, Naftalan, Sumqayıt, Yevlax, Şirvan şəhər, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Qazax, Qobustan, Zaqatala, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Samux, Xaçmaz, Cəlilabad, Ucar, Kürdəmir və digər rayon kitabxanalarının müxtəlif sahələrə aid yeni nəşrlərlə təminatına, fondlarının mühafizəsinə, binalarının əsaslı təmirinə, avadanlıqla təmin edilməsinə və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına ciddi ehtiyac vardır.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 29 müəssisədə orta hesabla 1-5 ədəd kompüter vardır, 14 kitabxana (0,19%) İnternet xidmətindən istifadə edə bilir ki, bu təchizat da daimi və sürətli deyildir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 4 kitabxanada (0,07%) kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinə başlanılmışdır. Tabeliyindən asılı olmayaraq, digər kitabxanalarda da (səhiyyə, təhsil, həmkarlar və s.) informasiya təminatı aşağı səviyyədədir.
Kitabxana-informasiya sahəsində həll olunmamış əsas problemlərdən biri də kitabxana fondlarının mühafizəsi və bərpası məsələsidir. Respublikada kitab fondlarının bərpa mərkəzləri yaradılmadığından, xüsusi əhəmiyyətli nəşrlər sıradan çıxır və mövcud fondlarda qoruna bilmir. Latın qrafikası ilə buraxılan yeni nəşrlərin elektron daşıyıcılara köçürülməsi vacib və təxirəsalınmaz məsələlərdəndir. Fondlarda saxlanılan nadir kitabların rəqəmli daşıyıcılara köçürülməməsi səbəbindən sözügedən kitablar alim və tədqiqatçılar, geniş oxucu kütləsi tərəfindən az istifadə edilir, digər tərəfdən isə qiymətli nəşr nümunələrinin və nadir kitabların saxlanılma şəraiti müvafiq normalara uyğun gəlmədiyindən, onlar təhlükə altındadır. Belə kitablar M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Milli Arxiv İdarəsinin kitabxanalarında və digər kitabxanalarda saxlanılır.
Kitabxanaların beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti müasir tələblərə cavab vermir. ölkədə milli biblioqrafiyanın, milli formatın, elektron kitabxananın, toplu kataloqun, korporativ kitabxana şəbəkələrinin olmaması dünya informasiya məkanında layiqli təmsil edilməyə imkan vermir.
Bu gün elektron kataloqlar Azərbaycan Respublikası Prezidentinin işlər Idarəsinin "Prezident Kitabxanası", M.F. Axundov adına Azərbaycan Milli Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin Mərkəzi Aparatmın kitabxanası, Azərbaycan Dillər Universitetinin kitabxanası, "Xəzər" Universitetinin Elmi kitabxanası, Qərb Universitetinin kitabxanası, F. Köçərli adına Respublika Uşaq Kitabxanası, Şamaxı rayon və Gəncə şəhər mərkəzi kitabxanaları istisna olunmaqla, digər kitabxanalarda yoxdur.
Kitabxana fondlarının tələbata uyğun, sistemli və məqsədli komplektləşdirilməməsi daim yeniləşən informasiya axınında oxucu kontingentinin itirilməsinə, bütövlükdə əhalinin mütaliəyə marağının azalmasına səbəb olur. Respublikanın ən böyük kitabxanalarında belə kitabsaxlayıcıların vəziyyəti (istilik, siqnalizasiya, ventilyasiya və s. kommunikasiyalar) mövcud normalara cavab vermir.
Kitabxanaların maddi-texniki bazasının zəifliyi, əksəriyyətinin binalarının yararsız və qəza vəziyyətində olması, xidmət və komplektləşdirmə işinin lazımi səviyyədə olmaması, kadrların peşə hazırlığının aşağı olması, kitabxana işinə dair ədəbiyyatın və dövri nəşrlərin kifayət qədər çap etdirilməməsi, beynəlxalq əlaqələrin zəifliyi bu sahənin inkişafına maneçilik törədən əsas amillərdir. Bütün bunlar ölkə əhalisinin informasiya təminatı sistemində ciddi problemlər yaradır.
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" (bundan sonra - dövlət Proqramı) Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəldilmişdir.
1.2. Dövlət Proqramının məqsəd və vəzifələri
Dövlət Proqramının əsas məqsədi "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq, kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanılmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı əsas vəzifələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir:
- informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlar, normativ
hüquqi aktlar, milli informasiyalaşdırma siyasəti əsasında ölkədə fəaliyyət göstərən
kitabxanaların modernləşdirilməsi;
- köklü islahatların aparılması, kitabxana-informasiya resurslarının dünya
məkanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və
tətbiqi, idarələrarası koordinasiyanın təşkili;
- "informasiya cəmiyyəti", "Biliklər cəmiyyəti" Azərbaycan modelinin qurulması prosesinə yardım göstərilməsi;
- kitab nəşri, yayımı və fond komplektləşdirmə işini tənzimləyən, maraqlı tərəflərin mənafeyini ifadə edən "müəllif-nəşriyyat-kitabxana-oxucu" mexanizminin və infrastrukturunun təkmilləşdirilməsi;
- elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların istifadəsinə verilməsi;
- elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması;
- kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların
yeni informasiya texnologiyaları ilə təchiz edilməsi;
- kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi;
- "Azərbaycanın kitab abidələri" dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi;
- əhalinin bütün təbəqələrinə kitabxana-informasiya xidməti səviyyəsinin yüksəldilməsi;
- kitabxanaların kadr təminatının yaxşılaşdırılması, bu məqsədlə fasiləsiz peşə
təhsilinin təşkili və əlavə təhsil sisteminin təkmilləşdirilməsi;
- kitabxana-informasiya işinin təkmilləşdirilməsi üçün müasir idarəetmə
sisteminin tətbiqi;
- maliyyələşmənin təkmilləşdirilməsi, sahə üzrə ayrılan vəsaitlərdən səmərəli
istifadəni təmin edən yeni iqtisadi münasibətlər sisteminin tətbiqi;
- kitabxana-informasiya sahəsində idarəetmənin müasir iqtisadi münasibətlərə və sosial iqtisadi şəraitə uyğunlaşdırılması;
- kitabxana-informasiya sahəsinə ardıcıl olaraq müxtəlif mənbələrdən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, yeni xidmət növlərinin inkişafı, xüsusən də onların regionlarda təşkili, kitabxanalarda təsərrüfat fəaliyyətinin həyata keçirilməsi, büdcədənkənar gəlir və xərclərin bərpa olunması, onların həcminin artırılması, kitabxanaçıların əməyində stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi;
- Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası, Avropa Milli Kitabxanaları İttifaqı, ABŞ Kitabxana Assosiasiyası, Elektron Kitabxanalar İstifadəçilərinin Beynəlxalq Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi;
- kitabxana işi sahəsində elmi-tədqiqat və elmi-metodiki fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin genişləndirilməsi;
- kitabxana binalarının təmiri, müasir tipli yeni kitabxana binalarının inşası;
- respublika kitabxana-informasiya şəbəkəsinin yeni dislokasiya xəritəsinin
işlənilməsi və müasir tələblərə cavab verməyən kitabxanalarla bağlı müvafiq
tədbirlərin görülməsi;
- Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin modernləşdirilməsini
təmin edən layihələrin işlənilməsi üçün dövlət və donor təşkilatların cəlb edilməsi;
- kitabxana-informasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləri üzrə
elmi araşdırmaların genişləndirilməsi və müvafiq nəşrlərin hazırlanması;
- kitabxanaların ictimai statusunun yüksəldilməsi, kitabxana-informasiya
sahəsinə dövlət qayğısının gücləndirilməsi, habelə müxtəlif ictimai qurumlar,
beynəlxalq təşkilatlar tərəfindən bu sahəyə diqqətin artırılması.
1.3. Dövlət Proqramının icrasının əsas istiqamətləri
Dövlət Proqramında qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı istiqamətlərdə işlərin aparılması nəzərdə tutulur:
- kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi;
- kitabxanaların kompüter və informasiya-proqram təminatı, respublika üzrə kompüterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı;
- respublikanın milli-mədəni irsinin və informasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması;
- kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi;
- kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi;
- kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri;
yeni kitabxana binalarının tikilməsi, onların, eləcə də fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğun möhkəmləndirilməsi;
- kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, genişləndirilməsi və beynəlxalq tədbirlərin təşkili;
- M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi.
1.4. Dövlət Proqramının maliyyə mənbələri
Dövlət Proqramı dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcəkdir.
1.5. Gözlənilən nəticələr
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:
- Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların fondlarının ənənəvi və müasir informasiya daşıyıcıları ilə tam komplektləşdirilmə mexanizminin yaradılması və bu işin davamlı şəkildə inkişaf etdirilməsi;
- xüsusilə dəyərli, nadir və əhəmiyyətli kitab və sənədlərin surətlərindən respublika sığorta fondunun və Azərbaycan kitabının toxunulmaz fondunun təşkil edilməsi;
- respublikanın milli-mədəni irsinin qorunması, elektron informasiya
daşıyıcılarına köçürülməsi və nəsillərdən-nəsillərə çatdırılması, qiymətli və nadir
nəşrlərin dövlət reyestrinin hazırlanması;
- kitabxana fondlarında saxlanılan müxtəlif qrafikada nəşr olunmuş qiymətli əsərlərin əlifbalarının konvertizasiya olunaraq oxucuların istifadəsinə verilməsi, azərbaycanşünaslığa aid fondların zənginləşdirilməsi;
- fövqəladə hallara hazırlığın yaxşılaşdırılması;
- dünya informasiya sistemlərində Azərbaycan kitabxana resurslarının təbliği və beynəlxalq informasiya mübadiləsinin həyata keçirilməsi;
- əhalinin bütün təbəqələrinə kitabxana xidmətinin yaxşılaşdırılması, bu xidmətin əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin artırılması, informasiya qıtlığının və rəqəmsal uçurumun aradan qaldırılması;
- mövcud ştat vahidləri çərçivəsində, respublika kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi, kitabxanaların birləşdirilməsi və yenidən təşkili prosesinin həyata keçirilməsi, qənaət edilmiş vəsait hesabına əhaliyə səyyar xidmətin göstərilməsi;
- kitabxana sisteminin maliyyələşdirilməsinin təkmilləşdirilməsi məqsədi ilə bu
sahəyə ayrılan vəsaitin yeni iqtisadi münasibətlərə uyğun rasionallaşdırılması,
subyektiv amillərin aradan qaldırılması, təminat normativinin maliyyələşdirmə prinsipi
Hə müəyyən edilməsi, büdcədənkənar gəlirlərin artırılması;
- respublikada fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi və kitabxanaların müasir informasiya texnologiyaları ilə təmin
edilməsi.
2. DÖVLƏT
PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ
TƏDBİRLƏR PLANI
|
Sıra №-si
|
Tədbirlərin adı
|
İcra müddəti (illər
üzrə)
|
İcraçı təşkilatlar
|
|
2.1. Kitabxana fondlarının müasir
komplektləşdirmə mexanizminin yaradılması,
inkişafı və müasir informasiya
daşıyıcıları ilə təmin edilməsi
|
|
2.1.1.
|
«Kitabxana
işi haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci
maddəsində qeyd edilən kitabxanaların məcburi
nüsxələrlə təmin edilməsi mexanizminin
yaradılması (ənənəvi və müasir)
|
2008 — 2009
|
NK, MdTN, AMEA, TN, VN
|
|
2.1.2.
|
Azərbaycanşünaslığı
inkişaf etdirmək məqsədi ilə fondların
ölkəşünaslığa və
diyarşünaslığa dair materiallarla
zənginləşdirilməsi
|
2008 — 2013
|
MdTN, AMEA, AO
|
|
2.1.3.
|
Gözdən
əlil insanların informasiya tələbatını
ödəmək məqsədi ilə kitabxana
fondlarının xüsusi nəşrlərlə
komplektləşdirilməsi
|
2008 — 2009
|
NK, MdTN, YİHO, ƏƏSMN, AO
|
|
2.1.4.
|
İşğal
altında və cəbhə bölgəsində olan
rayonların kitabxana fondlarının (onların
müvəqqəti məskunlaşdığı
ərazilərdə) bərpası
|
2009 — 2010
|
MdTN, QMKİDK İİN, YİHO, AO
|
|
2.1.5.
|
Bakı
şəhərində mövcud kitabxanaların bazasında
doqquz mərkəzləşdirilmiş kitabxana
sistemlərinin yaradılması, şəhər və
rayonlarda isə bir sıra kitabxana filiallarının
birləşdirilməsi
|
2009
|
NK, MdTN, YİHO
|
|
2.1.6.
|
Ölkəşünaslığa
(Azərbaycanşünaslığa) dair Rusiya Dövlət
Kitabxanasında, Rusiya Milli Kitabxanasında, Kazan, Tbilisi
şəhər və digər milli kitabxanalarda saxlanılan
ədəbiyyatın (o cümlədən dövri
mətbuatın) müəyyənləşdirilməsi
və onların çatışmayan nüsxələrinin
Azərbaycan Respublikasına gətirilməsi məqsədi
ilə layihələrin həyata keçirilməsi
|
2010 — 2011
|
MdTN, TN, XİN, AMEA, AO
|
|
2.1.7.
|
Oxuculara
verilən ədəbiyyatın tematik-tipoloji uçotunun
təşkili, fəal və qeyri-fəal istifadə
edilən nəşrlərin
müəyyənləşdirilməsi, oxucuların informasiya
tələbatının ödənilməsinə
yönəldilmiş sorğuların keçirilməsi
və əldə edilmiş nəticələr
əsasında fondların komplektləşdirilməsi
|
2008 — 2009
|
MdTN, AMEA, TKNDK
|
|
2.1.8.
|
Respublikanın
bütün kitabxanalarının
pasportlaşdırılması, respublika üzrə statistik
göstəricilərin hazırlanması və nəşri,
kitabxanalarda fondların komplektləşdirilməsinə dair
monitorinqlərin keçirilməsi
|
2009
|
MdTN, DSK, TKNDK
|
|
2.2. Kitabxanaların kompüter və
informasiya-proqram təminatı, respublika üzrə
kompüterləşdirilmiş kitabxana-informasiya
şəbəkəsinin yaradılması və
inkişafı
|
|
2.2.1.
|
«Azərbaycan
ədəbiyyatının virtual kitabxanası»nın
yaradılması və oxucuların istifadəsinə
verilməsi
|
2009
|
NK, MdTN, RİTN, TN, AMEA
|
|
2.2.2.
|
Ulu
öndər Heydər Əliyevin unikal dövlət və
mədəni quruculuq təcrübəsinin, intellektual və
mənəvi irsinin respublikanın və dünyanın
rəqəmsal irs fondlarına daxil edilməsi
|
2008 — 2009
|
NK, MdTN, AMEA
|
|
2.2.3.
|
Kitabxanalarda
müasir informasiya texnologiyalarının tətbiqi,
kompüterləşdirilmiş kitabxana infrastrukturunun, elektron
informasiya resurslarının və müxtəlif
sahələr üzrə elektron kitabxanaların
yaradılması
|
2009 — 2010
|
MdTN, RİTN, AMEA, TKNDK
|
|
2.2.4.
|
«Biliklər
cəmiyyətinin Azərbaycan modeli» konsepsiyasının
hazırlanması
|
2009
|
MdTN, RİTN, AMEA, AO
|
|
2.2.5.
|
Bakı
şəhərində fəaliyyət göstərən
kitabxanaların veb-saytlarının yaradılması,
onların İnternetlə təchiz edilməsi, telefon
xətti olmayan kitabxanalara telefon xəttinin
çəkilməsi
|
2008 — 2009
|
MdTN, RİTN, YİHO, AO
|
|
2.2.6.
|
Azərbaycan
kitabxanalarının informasiya cəmiyyəti və
vətəndaş cəmiyyəti institutları ilə
birgə əməkdaşlığının həyata
keçirilməsi
|
2009 — 2010
|
NK, MdTN, TKNDK
|
|
2.2.7.
|
Mərkəzi
kitabxanaların nəzdində əhalinin bütün
təbəqələrinə pulsuz xidmət
göstərən, müasir informasiya texnologiyaları
ilə təmin olunmuş hüquq-informasiya
mərkəzlərinin yaradılması (kitabxanaların
mövcud ştat vahidləri
çərçivəsində, ictimai əsaslarla)
|
2008 — 2009
|
MdTN, YİHO, AO
|
|
2.2.8.
|
Yetkinlik
yaşına çatmayan şəxslər üçün
tərbiyə müəssisələrinin kitabxanalarında
müasir kompüter texnologiyaları ilə təmin
olunmuş informasiya resurs mərkəzlərinin
yaradılması (kitabxanaların mövcud ştat
vahidləri çərçivəsində, ictimai
əsaslarla)
|
2009
|
MdTN,ƏN, TN, AQUPDK, YİHO
|
|
2.2.9.
|
«Azərbaycan
ədəbiyyatı», «Azərbaycan tarixi», «Azərbaycan
muzeyləri», «Qobustan», «Azərbaycanın turizm
gözəllikləri» adlı elektron kitabxanaların
yaradılması (mövcud kitabxanaların bazasında
şəbəkə və ştat sayı dairəsində)
|
2009 — 2010
|
MdTN, RİTN, AMEA
|
|
2.2.10.
|
Bir sıra
rayon uşaq kitabxanalarında «Uşaq hüququ» informasiya
mərkəzlərinin yaradılması (kitabxanaların
mövcud ştat vahidləri
çərçivəsində, ictimai əsaslarla)
|
2008 — 2009
|
MdTN, AQUPDK, YİHO
|
|
2.2.11.
|
Azərbaycanın
elektron kitabxanaları üçün Rusiya
Federasiyasının LİBNET Mərkəzindən rus və
digər xarici dillərdə olan yeni ədəbiyyatların
biblioqrafik təsvirlərinin alınması
|
2009
|
MdTN, XİN, AMEA, TKNDK
|
|
2.2.12.
|
Gözdən
əlil insanların intellektual səviyyəsinin
yüksəldilməsi məqsədi ilə respublika
əhəmiyyətli və mərkəzi kitabxanaların
nəzdində fəaliyyət göstərən informasiya
mərkəzlərində xüsusi proqramlı
kompüterlərin quraşdırılması
|
2009 — 2010
|
MdTN, ƏƏSMN, YİHO, AO
|
|
2.2.13.
|
«Kitabxana
fondları-regionun inkişafının əsas informasiya
resursu kimi» mövzusunda dəyirmi masaların
keçirilməsi
|
2010 — 2011
|
MdTN, AMEA, TKNDK
|
|
2.2.14.
|
«Milli
ədəbiyyat» müasir informasiya
daşıyıcıları fondlarının
yaradılması
|
2008 — 2011
|
MdTN, YİHO, AO
|
|
2.2.15.
|
İnternetin
mövcud veb-saytlarında Azərbaycanın tarixi,
ədəbiyyatı, mədəniyyəti və
incəsənəti haqqında informasiyaların monitorinqi
|
2010
|
MdTN, RİTN, AMEA, TKNDK
|
|
2.2.16.
|
Azərbaycan
kitabxanalarının dünyanın ən böyük
kitabxanalarının məlumat bazalarına daxil
olmasının və onların resurslarından istifadənin
təmin edilməsi
|
2009 — 2010
|
MdTN, RİTN, AMEA, TKNDK
|
|
2.2.17.
|
İşğal
olunmuş rayon kitabxanalarının vəziyyəti
haqqında «Dağıdılmış sərvətlər,
məhv olmuş kitabxanalar» adlı 3 dildə (Azərbaycan,
rus, ingilis) materialların çap və elektron
nəşrinin hazırlanması, veb-saytın
yaradılması və internetdə yerləşdirilməsi
|
2010
|
MdTN, RİTN, QMKİDK, YİHO, AO
|
|
2.2.18.
|
Rusiya
Dövlət Kitabxanasının dissertasiya
mərkəzinə daxil olmaq üçün virtual oxu zalının
təşkili
|
2009
|
MdTN, AO
|
|
2.2.19.
|
«Azərbaycan
kitabxanaları» veb-portalının yaradılması
|
2009
|
MdTN, RİTN, TKNDK
|
|
2.2.20.
|
Hüquq-informasiya
mərkəzlərinin veb-portallarının
yaradılması və onların informasiya
təminatının təşkili
|
2010
|
MdTN, RİTN, TKNDK
|
|
2.2.21.
|
Lerik və
Yardımlı rayon mərkəzi kitabxanalarında «Ətraf
mühit», «Uzunömürlülər» məlumat
bazalarının yaradılması və kitabxanaların
veb-saytına əlavə edilməsi
|
2010
|
MdTN, ETSN, ƏƏSMN, AO
|
|
2.2.22.
|
Azərbaycanın
regionları üzrə «Qədim Bakı və
bakılılar», «Qədim Şuşa və
şuşalılar», «Qədim Bərdə və
bərdəlilər», məlumat bazalarının
yaradılması və internet şəbəkəsində
yerləşdirilməsi
|
2011
|
MdTN, YİHO, AO
|
|
2.2.23.
|
Şəki-Zaqatala
regionunda əhaliyə səyyar kitabxana xidmətinin
göstərilməsi məqsədi ilə pilot layihələrinin
həyata keçirilməsi
|
2009
|
MdTN, RİTN, YİHO, AO
|
|
2.2.24.
|
Əhalinin
operativ informasiya təminatı üçün
tabeliyindən asılı olmayaraq, Bakı şəhəri
və respublikanın digər şəhər və rayon
mərkəzi, uşaq və gənclər kitabxanalarında
yeni informasiya texnologiyalarının, habelə
avtomatlaşdırılmış kitabxana-informasiya
sistemlərinin tətbiqi və Azərbaycanda ən çox
yayılan İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya
Sisteminin sərlövhə və sərlövhəaltı
məlumatlarının Azərbaycan dilinə
tərcüməsi
|
2009
|
MdTN, TN, İİN, MN, RİTN, AMEA,
TKNDK
|
|
2.2.25.
|
Respublika kitab
fondunun, elektron sənədlərin toplu kataloqunun
yaradılması, sənədlərin tammətnli bazaya
birbaşa keçid texnologiyasının tətbiq
edilməsi
|
2011
|
MdTN, RİTN, AO
|
|
2.2.26.
|
«Azərbaycan
ədəbiyyatı antologiyası: XIX-XX əsrlər»
elektron məlumat bazasının və elektron nəşrinin
hazırlanması
|
2010
|
MdTN
|
|
2.2.27.
|
Şəki
şəhərinin Mərkəzi Kitabxanasında
«Azərbaycanın ipək diyarı» məlumat
bazasının yaradılması
|
2010
|
YİHO, MdTN, AO
|
|
2.2.28.
|
Ü.
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
nəzdində mövcud ştat vahidləri
çərçivəsində ictimai əsaslarla müasir
multimedia tədris metodiki kompüter mərkəzinin
təşkili
|
2009
|
TN, RİTN, MdTN
|
|
2.2.29.
|
Şəhər
(rayon) mərkəzi kitabxanalarında, iri yaşayış
massivlərində və qəsəbələrdə
fəaliyyət göstərən kitabxanalarda elektron
kitabxanaların, elektron kataloqların məlumat və
təhsil portallarının yaradılması və
internetdə yerləşdirilməsi
|
2009 — 2010
|
MdTN, RİTN, TN, TKNDK, AO
|
|
2.2.30.
|
«Azərbaycan
dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında»
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar
tarixli və «2005 — 2006-cı illərdə Azərbaycan
dilində latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin siyahısının təsdiq
edilməsi haqqında» 2004-cü il 27 dekabr tarixli
sərəncamlarına əsasən nəşr olunan
kitabların elektron kitabxanasının təşkili və
internetdə yerləşdirilməsi
|
2008 — 2009
|
MdTN, AO
|
|
2.2.31.
|
Azərbaycan-Türkiyə,
Azərbaycan-Rusiya ilə birgə elektron kitabxanaların
yaradılması və «Sərhəddə görüş»
layihəsinin həyata keçirilməsi
|
2009 — 2010
|
MdTN, XİN, AO
|
|
2.2.32.
|
«Milli
İnternet şəbəkəsinin hamisi-hifzedicisi
(qoruyucusu)» simvolunun seçilməsi üzrə respublika
müsabiqəsinin təşkili
|
2009
|
MdTN, RİTN, TN, AO
|
|
2.2.33.
|
Kitabxanalarda
kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması sahəsində kiçik
qrantlar müsabiqəsinin təşkili
|
2009 — 2010
|
MdTN, TN, RİTN, AMEA, TKNDK
|
|
2.2.34.
|
Regionlardakı
kitabxanalar arasında «Ən yaxşı ictimai internet
mərkəzi», «Ən maraqlı veb-sayt» mövzusunda
respublika müsabiqəsinin keçirilməsi
|
2008 — 2013
|
MdTN, TN, RİTN, TKNDK
|
|
2.2.35.
|
Elektron
kitabxanaların respublika müsabiqəsinin
keçirilməsi
|
2009 — 2012
|
MdTN, AMEA, RİTN, TN, TKNDK
|
|
2.2.36.
|
«Kitabxana-bələdiyyə
informasiya mərkəzi kimi» layihələrinin həyata
keçirilməsi
|
2008 — 2013
|
NK, MdTN, ƏN
(bələdiyyələrin iştirakının
təşkilinə kömək göstərməklə), AO
|
|
2.2.37.
|
Gözdən
əlillərin informasiya təminatını
yaxşılaşdırmaq məqsədi ilə xüsusi
proqramların hazırlanması
|
2008 — 2009
|
MdTN, RİTN, ƏƏSMN, YİHO, AO
|
|
2.2.38.
|
Azərbaycan
kitabının milli biblioqrafiyasının hazırlanması
və nəşri, dövlət kitabxanalarında
mühafizə edilən XIX əsrin 20-ci illərində
nəşr olunmuş ədəbiyyatın (kitab, qəzet
və jurnalların) əlifbasının kiril qrafikasından
latın qrafikasına çevrilməsinin həyata
keçirilməsi və informasiya
daşıyıcılarına
köçürülməsi
|
2009 — 2010
|
MdTN, AO
|
|
2.2.39.
|
Kitabxana
fondlarında saxlanılan qramofon vallarının
«Azərbaycanın səs irsi» adı ilə informasiya
daşıyıcılarına
köçürülməsi
|
2011
|
MdTN, AMEA
|
|
2.2.40.
|
Azərbaycan
Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar 1918 —
1920-ci illərdə nəşr edilən «Azərbaycan»
qəzetinin mikrofilmləşdirilməsi və
əlifbasının kiril qrafikasından latın
qrafikasına çevrilməsinin həyata
keçirilməsi
|
2008 — 2009
|
MdTN, AMEA, MAİ, AO
|
|
2.2.41.
|
Azərbaycan
Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma
Formatının (AZMARC) yaradılması və ölkə
kitabxanalarında tətbiqi
|
2010
|
MdTN, RİTN, TKNDK
|
|
2.2.42.
|
UNİMARC
formatının Azərbaycan dilinə tərcüməsi
və nəşri
|
2009 — 2010
|
MdTN, TN, SMPDK,
AMEA, AO
|
|
2.2.43.
|
Azərbaycan
Respublikasının kitab abidələrinin müəyyən
edilməsi, informasiya daşıyıcılarına
köçürülməsi və «Azərbaycanın kitab
abidələri» adlı məlumat bazasının
yaradılması
|
2010
|
MdTN, TN, AMEA, YİHO, TKNDK
|
|
2.2.44.
|
Regionlarda
kiçik və orta biznesin informasiyaya olan
tələbatını ödəmək üçün
mərkəzləşdirilmiş kitabxana sistemlərinin
bazasında kitabxanaların mövcud ştat vahidləri
çərçivəsində və ictimai əsaslarla
informasiya mərkəzlərinin yaradılması
|
2010 — 2011
|
MdTN, RİTN, MN, İİN, YİHO, AO
|
|
2.2.45.
|
Yaradılan
milli elektron resurslarının qeydiyyatı üçün
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda
«İnformasiya registri» bölməsinin yaradılması
(kitabxanaların mövcud ştat vahidləri
çərçivəsində, ictimai əsaslarla)
|
2009
|
AMEA, MdTN, RİTN, AO
|
|
2.2.46.
|
«Heydər
Əliyev Mərkəzi»ndə təşkil olunacaq kitabxanaya
«Milli Kitabxana-İnformasiya Kompleksi» statusunun verilməsi
|
2009
|
NK, MdTN
|
|
2.2.47.
|
Dünyanın
böyük kitabxana mərkəzlərində saxlanılan
diyarşünaslıq (ölkəşünaslıq) xarakterli
qiymətli və nadir kitabların (əsli və ya surəti
və elektron variantı) «Heydər Əliyev
Mərkəzi»ndə toplanması ilə bağlı
zəruri tədbirlərin təşkili
|
2009
|
NK, MdTN, XİN
|
|
2.2.48.
|
2009-cu ilin
kitabxanaların avtomatlaşdırılması ili elan
edilməsi
|
2008 — 2009
|
MdTN
|
|
2.3. Azərbaycan Respublikasının
milli-mədəni irsinin və informasiya ehtiyatlarının
qorunması və gələcək nəsillərə
çatdırılması
|
|
2.3.1.
|
Xüsusi
əhəmiyyətli çap sənədlərini, nadir
kitabları, diyarşünaslığa aid
nəşrləri qoruyub saxlamaq və nəsillərdən-nəsillərə
ötürmək məqsədi ilə onların informasiya
daşıyıcılarına
köçürülməsi
|
2011 — 2012
|
NK, MdTN, RİTN, AMEA, TKNDK
|
|
2.3.2.
|
«Ədəbiyyat»
qəzetinin bütün nömrələrinin informasiya
daşıyıcılarına
köçürülməsi və 1934 — 1950-ci illər
üzrə çatışmayan nömrələrinin
bərpası
|
2008 — 2010
|
MdTN, AMEA AYB-nin və «Ədəbiyyat»
qəzeti redaksiyasının tövsiyələri
nəzərə alınmaqla
|
|
2.3.3.
|
Azərbaycanın
kitab mədəniyyətinin qorunması və dünyaya
tanıdılması məqsədi ilə layihələrin
həyata keçirilməsi
|
2009 — 2012
|
MdTN, TN, AMEA, XİN, AO
|
|
2.3.4.
|
Nazirlik,
komitə və idarələrin kitabxanalarında
saxlanılan Azərbaycan kitab abidələrinin inventarizasiyasının
aparılması və uçotunun təşkili
|
2009 — 2010
|
MdTN, MAİ, AO
|
|
2.3.5.
|
Tarixi
əhəmiyyət kəsb edən milli nəşrlərin
mühafizəsini təmin etmək məqsədi ilə
böyük kitabxanalarda depozitar fondların yaradılması
|
2010 — 2012
|
MdTN, TKNDK
|
|
2.3.6.
|
«Kitab irsi
Azərbaycanın milli sərvətidir» adlı layihənin
həyata keçirilməsi, Sankt-Peterburq, Moskva, Kazan, Tbilisi,
Paris, London, Drezden kitabxanalarının arxivlərində
mühafizə olunan Azərbaycanla bağlı
diyarşünaslıq nəşrlərinin
müəyyən edilməsi və surətlərinin
Azərbaycana gətirilməsinin təşkili
|
2009 — 2012
|
MdTN, XİN, AO
|
|
2.3.7.
|
Naxçıvan
Muxtar Respublikasının kitab fondunun elmi ekspertizası
və monitorinqi
|
2008 — 2009
|
MdTN, AO
|
|
2.3.8.
|
Respublikanın
regionlarında nəşr edilən yerli qəzetlərdə
diyarşünaslığa dair materialların toplanması,
qorunması məqsədi ilə onların biblioqrafik
uçotunun aparılması, əlifbanın kiril
qrafikasından latın qrafikasına çevrilməsi,
informasiya daşıyıcılarına
köçürülməsi və zəruri materialların
istifadəsinin təmin edilməsi
|
2008 — 2013
|
MdTN, RİTN, YİHO, AO
|
|
2.3.9.
|
«Kitab
xəzinəsi: qədim kitablar və əlyazmaların
uçotu və bərpası» adlı layihənin həyata
keçirilməsi
|
2008 — 2009
|
MdTN, TN, AMEA, MAİ, AO
|
|
2.3.10.
|
«Azərbaycanın
kitab yaddaşı» adlı layihənin həyata
keçirilməsi və müvafiq məlumat bazasının
yaradılması
|
2009 — 2011
|
NK, MdTN, AMEA, TKNDK, AO
|
|
2.3.11.
|
Nadir,
qiymətli və aktual nəşrlərin informasiya
daşıyıcılarına köçürülmə
proqramının işlənib hazırlanması
|
2009
|
MdTN, TN, MAİ, AMEA, RİTN, AO
|
|
2.3.12.
|
«Dirçələn
fondlar» şüarı ilə milli kitab irsinin mühüm
tərkib hissəsi olan fondların
aktivləşdirilməsi, kiril qrafikasından latın
qrafikasına çevrilməsinin həyata
keçirilməsi və informasiya
daşıyıcılarına köçürülməsi
|
2008 — 2012
|
MdTN, AMEA, TN, RİTN, YİHO, AO
|
|
2.4. Kitabxana xidmətinin əhatə
dairəsinin genişləndirilməsi, onun forma və
məzmunca yeniləşdirilməsi
|
|
2.4.1.
|
Respublikanın
uşaq kitabxanalarında uşaqların informasiya
tələbatı probleminin həlli məqsədi ilə
monitorinqlərin keçirilməsi
|
2008 — 2010
|
MdTN, RİTN, TN, YİHO
|
|
2.4.2.
|
İslam
Konfransı Təşkilatı dövlətlərinin
kitabxanaları ilə informasiya mübadiləsinin həyata
keçirilməsi
|
2008 — 2012
|
MdTN, XİN, AO
|
|
2.5. Kitabxana şəbəkəsinin
idarəetmə strukturunun təkmilləşdirilməsi,
şəbəkənin optimallaşdırılması və
kadr islahatlarının həyata keçirilməsi
|
|
2.5.1.
|
Kitabxana
işini tənzimləyən normativ hüquqi bazanın
təkmilləşdirilməsi
|
2008 — 2009
|
NK, MdTN, AMEA, AO
|
|
2.5.2.
|
F.
Köçərli adına Respublika Uşaq Kitabxanasına
Milli Uşaq Kitabxanası statusunun verilməsi
|
2009
|
NK, MdTN
|
|
2.5.3.
|
Kitabxanaçıların
təhsili, o cümlədən əlavə təhsili ilə bağlı zəruri
tədbirlərin təşkili
|
2009 — 2013
|
MdTN, TN, YİHO, AO
|
|
2.5.4.
|
«2007 — 2015-ci
illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı» çərçivəsində xarici
ölkələrin ali təhsil müəssisələrinin
magistraturalarında milli kitabxanaçı kadrların
hazırlığının təşkili məqsədi
ilə müvafiq tədbirlərin həyata
keçirilməsi
|
2008 — 2013
|
NK, MdTN, TN, XİN
|
|
2.5.5.
|
«Kitabxanalar
milli mədəniyyətin dirçəliş resursudur»
mövzusunda respublika müşavirəsinin
keçirilməsi
|
2009
|
MdTN, TN, AMEA, TKNDK
|
|
2.5.6.
|
Bakı
şəhərində ilk kitabxana-qiraətxananın 115
illiyinə həsr edilmiş «İlk kütləvi
kitabxanalar-tarixdən müasirliyə qədər»
mövzusunda tədbirin keçirilməsi
|
2008
|
MdTN, YİHO, TKNDK
|
|
2.5.7.
|
Naxçıvan
Muxtar Respublikasında «Gənc peşəkarlar
cəmiyyətə xidmət edir» mövzusunda gənc
kitabxanaçıların forumunun keçirilməsi
|
2011
|
MdTN, AO
|
|
2.5.8.
|
Tabeliyindən
asılı olmayaraq kitabxanalar arasında müxtəlif
nominasiyalar üzrə müsabiqələrin
keçirilməsi («İlin nümunəvi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi», «Ən
yaxşı kitabxanaçı», «Yaradıcı
təkamül müəssisəsi»,
«İçərişəhər Azərbaycan
mədəniyyətinin incisidir», «İlin ən yaxşı
kitabxanası» və s.)
|
2008 — 2013
|
MdTN, YİHO, AO
|
|
2.5.9.
|
Azərbaycan
Respublikasının kitabxana mütəxəssisləri
haqqında məlumat bazasının yaradılması və
internetdə yerləşdirilməsi
|
2008 — 2013
|
MdTN, TKNDK
|
|
2.5.10.
|
Azərbaycan
Respublikasında kitabxanaçı kadrlara
tələbatın öyrənilməsi və
məzunların yerləşdirilməsi sisteminin
yaradılması
|
2008 — 2013
|
MdTN, TN, YİHO, AO
|
|
2.6. Kitabxana işi sahəsində elmi
tədqiqatların aparılması, kitabların
hazırlanması və nəşri
|
|
2.6.1.
|
Respublika
kitabxana şəbəkəsinin
pasportlaşdırılması ilə əlaqədar illik
statistik məlumat toplularının hazırlanması və
nəşr edilməsi
|
2008 — 2013
|
MdTN, TN, YİHO TKNDK, AMEA
|
|
2.6.2.
|
Dünya
kitabxana standartlarının tərcüməsi və
onların əsasında Milli Kitabxana standartlarının
hazırlanması
|
2008 — 2013
|
MdTN, SMPDK,
TN, AMEA, TKNDK
|
|
2.6.3.
|
Avropa
Şurasının sənədləri əsasında
«Mədəniyyət siyasəti bu gün: strategiyanın
seçilməsi və Avropa Birliyinin istiqamətləri»
adlı materialların nəşr edilməsi
|
2009
|
MdTN, XİN AO
|
|
2.6.4.
|
Kitabxana-informasiya
sahəsinə və kitabxanaşünaslığa dair elmi
araşdırmaların aparılması və sosioloji
sorğuların keçirilməsi
|
2008 — 2013
|
MdTN, TN, AMEA
|
|
2.6.5.
|
Milli
kataloqlaşdırma qaydalarının,
təlimatlarının tərtibi və nəşr
edilməsi
|
2008 — 2009
|
MdTN, TN, SMPDK,
AMEA, AO
|
|
2.6.6.
|
«Ədəbiyyat»
qəzetinin biblioqrafik göstəricisinin tərtib
edilməsi (75 illik yubileyi ilə əlaqədar)
|
2008 — 2009
|
AMEA AYB-nin və «Ədəbiyyat»
qəzeti redaksiyasının tövsiyələri
nəzərə alınmaqla
|
|
2.6.7.
|
Kütləvi
kitabxanalar üçün Universal Onluq
Təsnifatının uyğunlaşdırılmış
variantının hazırlanması
|
2010
|
MdTN, TN, SMPDK,
AMEA
|
|
2.6.8.
|
Respublika
əhəmiyyətli kitabxanaların veb-saytlarında
Azərbaycanın turizm gözəlliklərinin
təbliği və bu sahədə dünya kitabxanaları
ilə informasiya mübadiləsinin həyata
keçirilməsi
|
2008 — 2013
|
MdTN, TKNDK
|
|
2.6.9.
|
Ümummilli
lider Heydər Əliyevin «Müstəqilliyimiz
əbədidir» çoxcildli kitabının biblioqrafik
göstəricisinin və elektron nəşrinin
hazırlanması
|
2008 — 2010
|
MdTN, TN, AMEA, AO
|
|
2.6.10.
|
«Azərbaycan
kitabxanaları XXI əsrin əvvəllərində» adlı
sənədli filmin hazırlanması
|
2009
|
MdTN, TKNDK, AO
|
|
2.6.11.
|
Azərbaycanın
mədəniyyəti, incəsənəti,
ədəbiyyatı haqqında ən çox istifadə
edilən kitabların elektron nəşrinin
hazırlanması və internetdə yerləşdirilməsi
|
2009 — 2010
|
MdTN, TN, RİTN, TKNDK
|
|
2.6.12.
|
Ümummilli
lider Heydər Əliyev haqqında ən çox soruşulan
kitabların informasiya daşıyıcılarına
köçürülməsi
|
2008 — 2009
|
MdTN, RİTN, TKNDK, AO
|
|
2.6.13.
|
Azərbaycanın
klassik musiqi əsərləri yazılmış qramofon
vallarının informasiya daşıyıcılarına
köçürülməsi
|
2009 — 2011
|
MdTN, AO
|
|
2.6.14.
|
İşğal
olunmuş ərazilərdə məhv edilmiş kitabxanalar
haqqında ətraflı məlumatların hazırlanması
və beynəlxalq təşkilatlara göndərilməsi
|
2008 — 2009
|
MdTN, TN, QMKİDK, AO
|
|
2.6.15.
|
Kitabxana-informasiya
terminlərinin izahlı lüğətinin nəşr
edilməsi
|
2009
|
MdTN, RİTN, TKNDK
|
|
2.6.16.
|
Kitabxana
Ensiklopediyasının Azərbaycan dilinə
tərcümə edilməsi
|
2008 — 2009
|
MdTN
|
|
2.6.17.
|
Kitabxana
fəaliyyətinin monitorinq sisteminin təşkili
|
2008 — 2013
|
MdTN, YİHO, TKNDK, AO
|
|
2.7. Yeni kitabxana binalarının
tikilməsi, yeni və fəaliyyət göstərən
kitabxanaların maddi-texniki bazasının müasir
tələblərə uyğun
möhkəmləndirilməsi
|
|
Respublika
əhəmiyyətli kitabxanalar üzrə
|
|
2.7.1.
|
C. Cabbarlı
adına Respublika Gənclər Kitabxanasının
əsaslı təmiri, modernləşdirilməsi,
avadanlıqla və avtomatlaşmış kitabxana-informasiya
sistemi (AKİS) ilə təchiz edilməsi
|
2008 — 2010
|
MdTN
|
|
2.7.2.
|
Gözdən
əlillər üçün Respublika Kitabxanasının
müasir avadanlıqla təchiz edilməsi
|
2010
|
NK, MdTN
|
|
Respublikanın
şəhər və rayonları, Naxçıvan Muxtar
Respublikası üzrə
|
|
2.7.3.
|
Qəza
vəziyyətində olan və şəxsi evlərdə
yerləşən kitabxanalar üçün yeni
binaların tikilməsi
|
2010 — 2013
|
NK, MdTN, YİHO
|
|
2.7.4.
|
Təmiri
zəruri hesab edilən kitabxanaların əsaslı
təmiri, modernləşdirilməsi, inventar və
avadanlıqla təchiz edilməsi
|
2008 — 2013
|
NK, MdTN, YİH
|
|
2.7.5.
|
Mərkəzi
kitabxanaların avtomatlaşmış kitabxana-informasiya
sistemi (AKİS)və təchiz edilməsi
|
2008 — 2013
|
NK, MdTN, YİHO
|
|
2.7.6.
|
Yeni dislokasiya
xəritəsi əsasında (kitabxanası olmayan yeni
salınmış qəsəbə, kənd və digər
yaşayış massivlərində) kitabxanalar
üçün binaların tikilməsi
|
2010 — 2013
|
NK, MdTN, YİHO
|
|
2.8. Kitabxanaların beynəlxalq
əlaqələrinin inkişafı və beynəlxalq
tədbirlərin təşkili
|
|
2.8.1.
|
YUNESKO-nun
«İnformasiya hamı üçün» Proqramının
Azərbaycan komitəsinin təşkili
|
2008 — 2009
|
NK, MdTN, XİN, TKNDK
|
|
2.8.2.
|
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi
ilə əlaqədar «Heydər Əliyev Mərkəzi-Milli
yaddaşımızın Mərkəzidir» mövzusunda
Bakıda kitabxanaçıların beynəlxalq simpoziumunun
təşkili
|
2013
|
NK, MdTN, AMEA
|
|
2.8.3.
|
Dünyanın
böyük kitabxanalarında və informasiya
mərkəzlərində Azərbaycan guşələrinin
yaradılması, kitab sərgilərinin və
təqdimatlarının keçirilməsi
|
2008 — 2013
|
MdTN, XİN, DİDK
|
|
2.8.4.
|
Rusiya
Federasiyasının Moskva şəhərində
yerləşən «Puşkin Kitabxanası» meqalayihəsinin
iş təcrübəsinin öyrənilməsi və
Azərbaycanda kitabxanaları zəruri ədəbiyyat və
elektron informasiya daşıyıcıları ilə
təmin etmək məqsədi ilə «Nizami» layihəsinin
təşkili
|
2008 — 2009
|
MdTN, TKNDK
|
|
2.8.5.
|
Kitabxana
sahəsinin zəruri istiqamətləri üzrə
keçirilən konfranslarda Azərbaycan
kitabxanaçılarının iştirakının
təmin edilməsi (Krım, İFLA-nın illik, LİBKOM,
Anapa, Soçi və s. konfransları)
|
2008 — 2013
|
MdTN, XİN,TN, AMEA, TKNDK
|
|
2.8.6.
|
ABŞ, Avropa
və MDB ölkələri kitabxanalarının
avtomatlaşdırma, fondların bərpası və
mühafizəsi, habelə UNİMARC formatının
tətbiqi sahəsində təcrübələrin öyrənilməsi
|
2013
|
MdTN, XİN, TN, AMEA TKNDK
|
|
2.8.7.
|
Azərbaycan
və Rusiya kitabxanaçılarının
qarşılıqlı təcrübə mübadiləsinin
təşkili, Azərbaycan kitabxanaçılarının
Buryatiya Respublikasına və digər regionlara ezam
olunması
|
2008 — 2013
|
MdTN, XİN, AO
|
|
2.8.8.
|
Ölkədə
Kitabxanalararası Abonement Sisteminin optimallaşdırılması
|
2008 — 2012
|
MdTN, AO
|
|
2.9. M.F. Axundov adına Azərbaycan
Milli Kitabxanasının modernləşdirilməsi, müasir
informasiya texnologiyaları ilə təmin edilməsi və
maddi-texniki bazasının möhkəmləndirilməsi
|
|
2.9.1.
|
Modernləşdirilmə
məqsədi ilə maddi-texniki bazanın
möhkəmləndirilməsi və müasir (yeni) informasiya
texnologiyaları ilə təchizat
|
2008 — 2010
|
MdTN
|
|
2.9.2.
|
Mövcud
elektron kataloq və elektron kitabxana sistemlərinin
təkmilləşdirilməsi
|
2008 — 2009
|
MdTN
|
|
2.9.3.
|
Kitabxana
fondunun, oxu zallarının, xidmət bölmələrinin
və mətbəənin müasir tipli inventar və
avadanlıqlarla təchizatı
|
2008 — 2009
|
MdTN
|
|
2.9.4.
|
Zəruri
nəqliyyat vasitələri ilə təchizat
|
2009 — 2010
|
MdTN
|
|
2.9.5.
|
Kitabxana
binasının müasir standartlar səviyyəsində
yenidən qurulması
|
2008 — 2010
|
MdTN
|
|
2.9.6.
|
Kitab
fondlarının bərpası və konservasiyasının
həyata keçirilməsi
|
2008 — 2010
|
MdTN
|
AKRONİMLƏR
|
AQUPDK
|
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi
|
|
AMEA
|
Azərbaycan Milli Elmlər Akademiyası
|
|
AO
|
Aidiyyəti orqanlar
|
|
AYB
|
Azərbaycan Yazıçılar Birliyi
|
|
DSK
|
Dövlət Statistika Komitəsi
|
|
ETSN
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
|
ƏƏSMN
|
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi
|
|
ƏN
|
Ədliyyə Nazirliyi
|
|
XİN
|
Xarici İşlər Nazirliyi
|
|
DİDK
|
Diasporla
|
|
İFLA
|
Beynəlxalq Kitabxana Assosiasiyası
|
|
İİN
|
İqtisadi İnkişaf Nazirliyi
|
|
QMKİDK
|
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi
|
|
NK
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti
|
|
MdTN
|
Mədəniyyət və Turizm Nazirliyi
|
|
MAİ
|
Milli Arxiv idarəsi
|
|
MN
|
Maliyyə Nazirliyi
|
|
NN
|
Nəqliyyat Nazirliyi
|
|
RİTN
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
|
SMPDK
|
Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi
|
|
TKNDK
|
Tabeliyində kitabxanalar olan nazirlik və
dövlət komitələri
|
|
TN
|
Təhsil Nazirliyi
|
|
UNİMARC
|
Beynəlxalq Avtomatlaşdırılmış
Kataloqlaşma Formatı
|
|
VN
|
Vergilər Nazirliyi
|
|
YİHO
|
Yerli icra hakimiyyəti orqanları
|
|