Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi
"Azərbaycan Kitabxanaları Azərbaycan Xalqının Milli sərvətidir":İ.Əliyev

Kitabxanamız

Elektron Kitabxana

Elektron Kataloq

Tədbirlər

Kitab abidələrimiz

Normativ sənədlər

Biblioqrafik vəsaitlər

Neftçala rayon İcra Hakimiyyəti

Maraqlı faktlar

Azərbaycanda ilk aptek 1850-ci ildə Bankə balıq vətəgəsi xəstəxanasının nəzdində təşkil olunub.

***
1920-ci ildə yeni Azərbaycan Respublikasının rəhbəri N.Nərimanov ölkəyə ilk səfərini Bankədən başlamışdır.
***

1928-ci ildə Bankə qəsəbəsində Qadınlar klubu olmuşdur. Klubun üzvləri-azadlıq yoluna çıxmış qadınlar o dövrün qayda-qanunlarına baxmayaraq, çadralarını cırıb atıblarmış. Klubun fəal üzvləri Noğul Sadıqova, Pürzə Səmədova öz qadın azadlığı missiyaları uğrunda böyük işlər görmüşlər.

***
Neft--- Neftçala yatağında yerüstü neft çıxışları qədimdən məlumdur.Axtarış-kəşfiyyat işlərinə XIX əsrin axırlarından başlanılmışdır.1926-cı ildə 1№li kəşfiyyat quyusu sənaye əhəmiyyətli neft vermişdir.1937-ci ildə geniş axtarış kəşfiyyat işləri neft yatağının kəşfi ilə nəticələnmişdir.Neftçala yaatağından parafinsiz,qətransız,yüngül fraksiyanın çoxluğu ilə fərqlənən yüksək keyfiyyətli neft alınır.
***
Yod-brom--- 1927-ci ildə Neftçalada 5 №li kəşfiyyat quyusundan güclü fontanla çıxan lay suyunda yüksək konsentrasiyalı yod və brom olduğu müəyyən edilmişdir.1930-cu ildə həmin sudan yod almaq üçün ilk təcrübə qurğusu yaradılmışdır.1932-ci ildə Neftçala yod-bram zavodu tikilib istifadəyə verilmişdir.1950-55-ci illərdə yeni yodlu-bromlu su yataqları kəşf edilmişdir.


* * *
Təbiəti---Səthi düzənlikdir.Cənub-şərqi Şirvan və Salyan düzü,qismən Muğan düzündə yerləşir.Okean səviyyəsindən aşağıda yerləşir.Neogen-antropogen çöküntüləri yayılmışdır.Faydalı qazıntısı neftdir.Yayı quraqlıq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə malikdir.Tuqay meşələri var.Şirvan qoruğunun bir hissəsi Neftçala rayonundadır.Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür.Bala Kür kanalı və Muğan-Salyan kollektoru Neftçala rayonundan keçir.


* * *
Maarif--- Keçmiş inzibati-ərazi bölgüsünə görə Azərbaycan 17 qəzaya bölünürdü.Bu qəzalardan biri də Salyan (Cavad) qəzası idi.Salyan qəzasına daxil olan 6 qəzanın içərisində yalnız Xıllı nahiyəsində (indiki Neftçala rayonu ərazisində) 1898-ci ildə 2 sinifli ibtidai rus-tatar məktəbi açılmışdır.Burada dərslər rus dilində aparilirdı.Həftədə 1 dəfə azərbaycan dilində şəriət dərsləri keçirilirdi.Xalq arasında bu məktəb “üşkula” adlanırdı.Bu məktəbdə 40-45 nəfər oxuyurdu.Məktəbdə ilk dərslik “Gülüstan” kitabı olmuşdur. Rayonda açılan ikinci məktəb 1912-ci ildə Novo-Vasilyevka kəndində olmuşdur.1912-1922-ci illərdə ancaq rus məktəbi kimi fəaliyyət göstərmişdir.1922-ci ildə məktəbə azərbaycanlı uşaqlar da qəbul edilməyə başlanıb. 1916-ci ildə Z.O.Qoltuq kəndində 5 illik rus-tatar məktəbi fəaliyyət göstərməyə başlanıb. 1926-27-ci ildə Xıllıda kiçik aqronom ixtisası verən 3 illik orta məktəb(kəndli-gənclər məktəbi) açdılar.Belə məktəb həmin illərdə respublikada iki yerdə açılmışdı.İkinci məktəb Göyçayda idi.Bu məktəbə qonşu Saatlı,Sabirabad və s. rayonlardan da uşaqlar göndərirdilər. Məktəb pansionat tipli idi. Bu məktəb 1930-cu ilə kimi fəaliyyət göstərmişdir.


* * *
Tarix--- Biləsuvar şəhər sakini,bolşevik İsmayıl Əmənovun söylədiyinə görə 1920-ci ilin payızında Nəriman Nərimanov paraxodla Xıllıya gəlmişdir.O partiya yığincağında iştirak edərək nitq söyləmiş,Gözəlov Yaqub Piralı oğlunu Xıllı nahiyəsinə inqilab komitəsinin sədri təyin etmişdir.


* * *
“Xərabə şəhərin” sirri---Tarixçi alim,etnoqraf Əlisəfa Məmmədovun “Elm və həyat”jurnalının 1968-ci il 12-ci nömrəsində çap olunmuş məqaləsindən(ixtisarla) Tarixi mənbələrdə azəri torpağının Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya azərilərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır.Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs “Xərabə şəhər” və ya “Yunan şəhəri” adlandırılan bu şəhərin yerini tapa bilməmişdir.Doğrudanmı belə bir şəhər olmuşdur? Deyirlər ki,çox-çox qədimlərdə Kür çayı indiki Cəngən kəndi (Neftçala rayonu) yaxınlığında daha bir qola ayrılırmış.Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazannı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş.Həmin bu adada çox böyük bir şəhər salınmışdı.Burada dəniz səthindən xeyli aşağıda olan sahəni sulardan qorumaq üçün böyük bir bənd tikilibmiş.Makedoniyalı İsgındərin qoşunları şəhərə hücum edərkən şəhər hasarlarına gücü çatmır.Böyük alim Ərəstun daşları əridə bilən maye yaradır.Gecələrin birində mayenin gücünə davam gətirə bilməyən bənd ovulub uçur,Xəzərin suları şəhəri ağzina alır.Professor Gül “Xəzər Atlantidası” adlı məqaləsində (“Azərb.gəncləri” qəzeti,19 noyabr 1967-ci il) qeyd edir: “Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında “Şəhri Yunan” adlı bir şəhər də olmuş və o Xəzərin suları altında qalmışdır”. Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəhri (950-1000 ci illər) “Dövlətlərin yolları kitabı”ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375- ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir.Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər.XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir.XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür Çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir.XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri,səyyahları,tədqiqatçıları F.Biberşteyn,S.Qmelin,Bode,B.Dorn,İ.Berezin və b. öz yazılarında xalq əfsanəsini təkrar edir. A.Bakıxanov 1840-cı ildə bu xərabəlikləri tədqiq etmək üçün təşəbbüs göstərmişdir. iBu yerlərdə lk ciddi axtarış 1958-ci ildə başlanmışdır.Azərbayca EA Coğrafiya İnstitunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır.Neftçalalı tarix elmləri namizədi,etnoqraf Əlisəfa Məmmədovun fikrincə axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır.Ə.Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km. aralı Nord Ost Qoltuq kəndinə getmiş və burada addımbaşı maddi-mədəniyyət nümunələri olan adi şirəli,bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar,anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir.Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində,Nizami ad. Muzeydə,Azərbaycan EA Tarix İnstitutunda saxlanılan Örənqala,Qədim Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur.Tarix İnstitutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər.Heç şübhəsiz neçə-neçə əsrlərdən bəri haqqında söhbət gedən “Xərabə şəhərin” yerinin ciddi tədqiq olunması azəri torpağının orta əsrlər tarixinin xeyli zənginləşməsinə kömək edə biləcək materiallar verəcəkdir.


* * *
Yer kürəsində ən sürətli külək 1999-cu ildə Oklahoma ştatında əsib. Onun sürəti saatda 509 km olub.
* * *
Kəpənəklər ayaqları vasitəsi ilə dad hiss edirlər.
* * *
Qütb həyatına ən yaxşı uyğunlaşma təmin edən heyvanların başında Cənub qütbündə yaşayan imperator pinqvini gəlməkdədir. Bu heyvanlar - 60 °C'də yumurtlamaqdadır.
* * *
5000 metr yüksəklikdə təzyiq azalması səbəbiylə su 70 °C'də qaynayır.
* * *
Ərəb rəqəmləri ərəblər tərəfindən yaradılmayıb.Əslində o Hindistandan götürülmədir.Ərəblər ancaq onun formasından istifadə ediblər.
* * *
Bədənimizdə hər dəqiqə təxminən 300 milyon hüceyrə ölür.
* * *
Dünyadakı canlı orqanizmlərin təxminən 70% -i bakteriyalardır.
* * *
Balinaların ürəyi hər 9 dəqiqədən bir bir dəfə vurur.
* * *
Alimlər "Incil"-de cəhənnəm mövzusunda olan sitatları müqayisə edərək belə qənaətə gəliblər ki, cəhənnəmin hərarəti 718 dərəcə selsidir.
* * *
Andorra dünyada yeganə ölkədir ki, orada poçt yollama pulsuzdur.
* * *
28 yaşlı çinli Yuy Chjenxuan dünyanın ən tüklü adamı hesab olunur. O, giperxitoz adlı xəstəlikdən əziyyət çəkir. Normal eşitməsi üçün həkimlər Yuyun qulağındakı tükləri tez-tez qırxmalı olurlar.
* * *
1880-cı ildə "Procter & Gamble" şirkəti bazara ağ rəngli yeni sabun markası çıxarır. Bu sabun həmin andan amerikalilarin sevimlisinə çevrilir, çünki o suda batmır. Buna səbəb isə istehsal zamanı yaranan texniki qüsur olur.Bele ki, sabun bişərkən kütlənin içinə kənar maddə düşmüşdü.
* * *
Ikinci dünya müharibəsi zamanı qənaət məqsədi ilə "Oskar"ları metaldan deyil, taxtadan hazırlayırdılar.
* * *
Indoneziyada 17 508 ada var.
* * *
Daniel Defonun "Robinzon Kruzo" əsərinin bütöv adı "Yorkdan olan balıqçı Robinzon Kruzonun özünün həyatı maraqlı və təəccüblü sərgüzəştləri barədə yazdıqları"dır.
* * *
50 Amerika ştatından 23-nün okeana çıxışı var.
* * *
Oskar mükafatının ən gənc ulduzu 1934-cü ildə 6 yaşlı Şirli Tempil olmuşdur.


* * *
Con Lennon polis maşınlarının sirenasından ilhamlanıb "Men Morc" mahnısını yazmışdı.
* * *
Homerin "Illiada"sı 15 000 sətirdən ibarətdir.
* * *
"Küləkdən sovrulanlar" filminin əsl adı "Be-be, qara quzu"dur.
* * *
Ilk diyircəkli qələmlər 1945-ci ildə satışa çıxarılmışdı və hər birinin qiyməti 12 dollar idi.
* * *
Kinomatoqrafiya tarixində ən ucuz film 1903-cü ildə çəkilən "Qatarın oğurlanması" hesab olunur. Bu filmin ərsəyə gəlməsinə 100$ pul xərclənmişdi, gətirdiyi gəlir isə 20.000$ olmuşdu.
* * *
Toqo dövlətində qadına xoş söz deyən kişi mütləq ona evlənməlidir.
* * *
Dünyadakı ən böyük muzey Amerika Təbii Tarix Muzeyidir.
* * *
Livan Yaxın Şərqdə ərazisində səhra olmayan yeganə dövlətdir.
* * *
Radişşevin "Peterburqdan Moskvaya səfər", Puşkinin isə “Moskvadan Peterburqa səfər" əsəri var.
* * *
Avstraliya savannalarında yaşayan koala ayı sutkada 22 saat yatır.
* * *
Təbii tədqiqatlar nəticəsində məlum olmuşdur ki, insanın sağ ağ ciyəri sol ağ ciyərinə nisbətən daha çox oksigen qəbul edir.
* * *
Qəzet sözünün tarixi XVII əsr Venesiyasından başlayır. Belə ki, burada çıxan Notose Skritte xəbərlər məcmuəsini bir Venesiya sikkəsinə - Qadzettaya satırdılar.
* * *
Hər kəs tərəfindən tanınan məşhur Mersedes Benz avtomobil markasının ilk adı bu markanın yaradıcısının - Daymler Bensin adı ilə adlandırılır. Sonradan bu avtomobil markasının adının Daymler Bens yox, Mersedes Bens(Benz) olması Daymler Bensin qızı - Mersedesin adı ilə əlaqədar idi.
* * *
Bal xarab olmayan yeganə qidadır.
* * *
Qarışqa iki həftə su altında yaşaya bilir.
* * *
Cazibə qüvvəsinin olmadığı şəraitdə şam alovu kürə şəklində olur.
* * *
Albert Eynşteyn doqquz yaşına qədər düzgün danışa bilməmişdi.
* * *
Amerikada hər saat 40 nefer xərçəng xəstəliyindən vəfat edir.
* * *
Prezident John F. Kennedi, iyirmi dəqiqədə 4 qəzet oxuya bilirdi.
* * *
Bir kiloqram limonda bir kiloqram çiyələkdən daha çox şəkər var.
* * *
Uşaqlar baharda daha çox böyüyür.
* * *
Panama kanalı yaxınlığında “işıq ağacı” adlı qəribə bir ağac bitir. Bu ağacın şama oxşayan yağlı meyvələri olur. Həmin meyvələrin içinə piltə salan yerli əhali onlardan şam kimi istifadə edir. Bu meyvələr tüstü eləmədən 3-5 saata qədər yanır.
* * *
Onluq kəsr sistemini tapan və bu mövzuda əsər yazan ilk alim Qiyasəddin Cəmşiddir. Riyazi hesablamalarda ilk dəfə vergüldən istifadə edən də məhz o olmuşdur.
* * *
Məməlilərin çoxu -45 C-yə qədər şaxtaya dözür. Qütbdə yaşayan ağ ayılar -80 C-yə qədər davam gətirirlər. Qazlar isə -100 C-yə qədər şaxtaya dözürlər. Qəribədir ki, evpişikləri bu sahədə rekord göstəriciyə malikdirlər. Onlar -110 C şaxyaya davam gətirirlər.
* * *
General Çeyte Barii Britaniya ordusunda 52 il xidmət etmişdir və ancaq öləndə məlum olmuşdur ki, o, qadın imiş.
* * *
Ağ ayıların dərisi qara rəngdə olur.
* * *
“İspaniya” - “dovşanlar torpağı” kimi tərcümə olunur.
* * *
Arıların beş gözü var.
* * *
Dinamitin hazırlanmasında yer fındığından istifadə olunur.
* * *
Las-Veqas kazinolarında saat olmur.
* * *
Məşhur nağıl yazarı Hans Xristian Anderson demək olar ki, bir sözü belə savadlı yaza bilmirmiş.
* * *
Ağcaqanadları yenicə banan yemiş insanın ətri cəlb edir.
* * *
Dünyanın heç bir dilində dizin arxa hissəsinin adını verən bir söz yoxdur.
* * *
Qayçını Leonardo da Vinçi icad edib.
* * *
Dünyada hər iki dəqiqədən bir zəlzələ baş verir.
* * *
Pinqvin üç metr yüksəkliyə tullanmağa qadirdir.
* * *
Çirkli qar təmiz qardan tez əriyir.
* * *
Tarixdə ilk odekolon taun xəstəliyinə qarşı profilaktik vasitə kimi istifadə edilib.
* * *
Normal insanın yuxuya getməsi üçün orta hesabla yeddi dəqiqə vaxt tələb olunur.
* * *