making a gif

















Həyat kimi insanlar da vəfasızdır!

Bir qız! Sanki bu dünyada hər şey ona məxsus! Pul, şan-şöhrət, əhli-keyf! Hər gün bu günün ibadətini sabaha saxlayan özündən razı qız! "Onsuz hələ ömrümə var" deyərək öz işində idi! Yenə bir gün! Hava sakit! Günəş buludlar arasında sanki acı gülümsəyirdi! Yenə eyni yol! Yenə həmin qız gözəl bir maşında! Sürət norması yenə yüksək! Gözləniləmədən böyük bir qəza! Artıq hər şey qaranlığa qərq oldu! Bu dünyada kef çəkən, indi tabutda çiyinlərdə gedir! Anası: "Balam, balam, balam gəncliyinin dadından doya bilmədən getdi. Nə tələsiyin vardı? Axı bu yüksək sürətlə sürməyə səni nə vadar etdi ?" Qardaşı: "Canım bacım sən o murdar torpağa layiq olacaq qız deyilsən! Dön geri,dön!" Bacısı böyük qardaşa:"Yetər,yetər bu etdiyiniz axmaqlıq, nə zaman həqiqəti anlayacaqsınız? Nə zaman bu küfrləriniz sona çatacaq? Susun! Susun! Ah bacı, sən dünyada ikən haqqı tapsaydın, kaş ki, sən də imanın nuru ilə nurlansaydın! Rəbbim səni bağışlasın. Cənnətə girməyini nəsib etsin! Balaca Bacısı: "Of...yenə nə Rəbb deyərək qışqırırsan?"
Tabut çiyinlərdə gedir! Müəllim,qohum,qonşu,əzizlər,dostlar və daha kimlər! Hər kəs ağlayırdı! Amma fayadası yox idi! Artıq o getmişdir! Dünyada ikən Allahdan başqa heç bir ilah yoxdur Məhəmməd(s.a.v)onun rəsuludur deyə etdiyin şahidliyi xatırla! Xatırla ki, cənnət haqqdır, cəhənnəm haqqdır, öldükdən sonra dirilmək haqqdır. Qiyamət heç şübhəsiz gələcəkdir və Allah qəbirlərdə onları dirildib hər kəsdən etdiyi əməllərə görə hesabat tələb edəcəkdir! Sən rəb olaraq Allaha, din olaraq İslama, peyğəmbər olaraq Məhəmmədə(s.a.v), Rəhbər olaraq Qurani Kərimə qiblə olaraq Kəbəyə razı olmuş, qardaş olaraq möminləri seçmişdin. Rəbbim Allahdır. Ondan başqa heç bir ilah yoxdur. Yalnız ona təvəkkül etdim. O böyük ərşin sahibidir demişdir. Qız qəbirdə tək qalar:
Qız: "Anacığım, yandırın bu işıqları! Ah... bura çox qaranlıq, yandırın işıqları, çox qorxuram, bura niyə qorxulu və soyuq? Mən ölmüşəm?! Ah anacığım, atacığım mən ölmüşəm! Ana,ana məni yanına götür çox üşüyürəm. Dünyada olarkən niyə mənə buraların varlığından bəhs etmədiniz? Nə üçün Oruc tut demədiniz? Niyə dinimdən bəhs etmədiniz? Niyə cihadı izah etmədiniz? İndi, indi bura çox soyuq ana, canım yanır ana. Ah Rəbbim kaş ki, sənin sözlərinə qulaq versəydim. Bir gün olsa idi ki, səni dinləyərdim. İndi bura çox qaranlıq, altımdan daşlar batır, tikənlər batır, quru torpaq bədənimi sıxır, böcəklər, böcəklər Allahım! Ana, qurtarın məni bu boğucu qaranlıq torpaqdan. Dözə bilmirəm, dözə bilmirəm. Ana, ata həmişə çətin anlarda mənimlə idiniz! İndi haradasınız?" Sağ və Sol mələyi gəlir
Mələk: Rəbbin kim?
Qız: Rəbbim Allah
Mələk: Söylə dinin nə?
Qız: Bilmirəm
Mələk: Kitabın nə?
Qız: Heç görmədim ki.
Mələk: Peyğəmbərin kim?
Qız: Heç eşitmədim ki.
Mələk: Söylə qız dünyada ikən nə üçün namaz qılmadın?
Qız: O qədər çox malım mülküm vardı ki, namaz etməyə fürsət tapa bilmədim.
Mələk: Hz. Süleymandan dahamı çox malın vardı?
Qız: Həm də o qədər çox xəstəydim ki dərdimdən namaz edə bilmədim.
Mələk: Eyyüb ə.s dan dahamı çox dərdli idin? Halbuki onun dərdi o qədər böyük idi ki, bədənində yara olmayan yer qalmamışdı. İndi sən sus ey Qız!
Şahidlərin danışacaq. Söyləyin ey ayaqlar bu qul dünyada sizi nəylə məşğul etdi?
Ayaq: Bu qul məni Allahın məhrum etdiyi yerlərə və əxlaqsızların olduğu məkanlara apardı. Heç bir xeyr məclisində olmadı!
Mələk: Siz söyləyin əllər siz hansı haldan şikayətçisiniz?
Əllər: Bəli ey mələk bizdə şikayətçiyik. Çünki bu qul haram olan şeylərə əlini uzatdı, Allahın qadağan etdiyi əllərlə qucaqlaşdı.
Mələk: Sən söylə ey dil bu qul səni dünyada ikən necə istifadə etdi?
Dil: Ey mələk bu qulun ağzından heç pis və çirkin söz çıxmadı. Lakin heç bir yaxşı sözdə söylmədi.
Mələk: Yaxşı sən söylə ey ürək bu qul sənə nə etdi?
Ürək: Ey mələk bu qul mənim içimdə heç bir möminə qarşı kin bəsləmədi. Heç bir zaman kinlik etmədi.
Mələk: Siz ey gözlər bu quldan şikayətçisinizmi?
Gözlər: Bəli ey mələk çünki bu qul ona verilən böyük nemət qarşılığında harama baxmaqdan çəkinmədi.
Mələk: Ey mələklər bunu aparın cəhənnəmə atın.
Qız: Xeyr durun nə olar, Allah eşqinə aparmayın məni o cəhənnəm atəşinə, durun, nə olar sizə yalvarıram, bir şans daha istəyirəm yalvarıram...
Kirpiklər: Durun, durun, aparmayın onu.
Mələk: Siz nə demək istəyərsiniz ey kirpiklər?
Kirpiklər: Bəli ey mələk bu qul dünyada ikən harama baxdı, haram yeddi, haram olan yerlərə getdi. Amma buna baxmayaraq bir gecə Allah(c.c)eşqi ilə, iman toxumlarının verdiyi sevgi ilə böyük bir səmimiliklə ağlamışdı. Halbuki Allah təala; "Mənim üçün bir damla gözyaşı tökənə cəhənnəm haramdır" buyurmayıbmı?
Mələk: Ya qul, uca Allah səni bağışladı cənnətliklərdənsən...


Səhvlərimi xatırlayınca.

Hz. İbrahim (ə.s) cəhənnəmi hər hatırlayışında şəbəkələr idi. Hətta, bu əsnada ürəyinin atışı belə eşidilərdi. Bir gün Cəbrayıl (ə.s.) gəlib ona:
-Ya, İbrahim! Sən heç dostun əzab verdiyini gördünmü? Sən Allahın dostusan. O halda Allahın əzabı olan cəhənnəmdən qorxub ağlaman niyədir?
Bunun üzərinə Hz. İbrahim (ə.s.) cavab olaraq belə buyurdu:
-Ya Cəbrayıl, səhvlərimi xatırlayınca, dostluğumu unuduram.

İndi canımı al!

Hz. İbrahim (ə.s.) ruhunu almağa gələn ölüm mələyinə:
-Heç dostun dostunu öldürdüyünü gördünmü? - deyə soruşması üzərinə Allah Taala da İbrahimə (ə.s.):
-Heç dostun dostuna qovuşmağı pis gördüyünü eşitdinmi?- deyə vəhy etdi.
Bunun üzərinə Hz. İbrahim (ə.s.) ölüm mələyinə belə dedi:
-İndi canımı al.

Necə dua edərəm?

Bilindiyiz kimi, Hz. Eyyüb (ə.s.) səbir və mətanəti ilə dillərə dastan olmuşdu. Bir rəvayətə görə o məşhur xəstəliyini on səkkiz il çəkmişdi. Heç bir zaman üsyan etməyən Hz. Eyyübdan (ə.s.) xanımı bir gün belə soruşdu:
-Bu xəstəliyin bitməsi, çəkdiyin dərdlərin getməsi üçün Cənabı Haqqa dua etsən olmazmı?
Hz. Eyyüb (ə.s.) xanımına bu cavabı verir:
-Mənim bolluq və rifah içində yaşadığımın müddəti 80 ildir. Çəkmiş olduğum darlıq və çətinlikli zaman isə daha bu müddətə çatmamışdır. Bu vəziyyətdə mən Allahdan utanaram. Ona (c.c.) bu halın üzərimdən getməsi üçün necə dua edərəm ki?

Acların halını necə anlaya bilərəm?

Hz. Aişə (r.ə.) rəvayət etməkdədir: Misirdə qıtlıq olduğu illərdə Hz.Yusif (ə.s.) üç gündə bir yemək yeyərdi. ona (ə.s.): "Bütün zahirə anbarları sənin əlinin altında olmasına baxmayaraq niyə üç gündə bir yemək yeyirsən?" deyə soruşdular. Hz.Yusif (ə.s.) özünə soruşulan bu suala bu sualla cavab verdi: "Mənim qarnım tox olsa, ətrafdan zahire ürməyə gələn acların halını necə anlaya bilərəm?"

Körpənin Allaha sualları.

Bir zaman dünyaya gəlmək istəyən körpə yaradan Allahdan soruşur:
-Bir az əvvəl o biri dünyaya gedəcəyimi söylədilər. Ancaq, mən o qədər körpə, o qədər gücsüzəm ki, orada necə yaşayacağımı bilmirəm.
Allah:
-Mən o qədər mələklərin içərisindən bir mələk seçmişəm ki, o səni həmişə qoruyacaq. O hər zaman sənə gülümsəyəcək, hər zaman sənə mahnı oxuyacaq. Onun sevgisini hər an üzərində hiss edəcəksən və bu səni bütün ömrün boyu qoruyacaq.
Körpə:
-Bəs mən insanların dilini bilməyə-bilməyə onlarla necə danışacam?
Allah:
-Həmin mələk sənə dünyada eşidə biləcəyin ən gözəl, ən şirin sözləri söyləyəcək və sənə danışmağı öyrədəcək.
Körpə:
-Dünyada pis insanların olduğunu eşitdim. Bəs məni onlardan kim qoruyacaq?
Allah:
-Narahat olma, həmin mələk səni həyatı qədər qoruyacaq.
Bu arada səslər gəlir və uşağın o biri dünyaya getmə vaxtı gəlib çatır. Uşaq son bir sualını yaradana verir:
-Bəs yaxşı həmin mələyin adı nədir?
Allah:
-Mələyin adının heç fərqi yoxdu. Sən onu sadəcə olaraq, ANA deyə çağıracaqsan.


Hamı onun nə edəcəyini gözləyirdi.

Qoca qatara yenicə minmişdi ki, ayaqqabısının bir tayı ayağından çıxıb relsin üzərinə düşdü. Artıq onu götürmək də mümkün deyildi. Çünki qatar çoxdan hərəkət etmişdi.Hamı onun nə edəcəyini gözləyirdi. O isə sakit şəkildə ayaqqabının o biri tayını da çıxarıb ona yaxın bir yerə tulladı.Ondan niyə belə etdiyinin səbəbini soruşduqda o, gülümsəyərək: "Dəmir yolunun üstündəki ayaqqabını bir kasıb tapsa, o birini də tapıb geyinə bilsin!..."

Onu nə qədər sevdiyini dərindən dərk et!

"Onu nə qədər sevdiyini dərindən dərk et" – deyə həyat yoldaşım mənə məsləhət vermişdi... Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın anam idi. Anam, 19 il əvvəl atamı itirmişdi. Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım anama tez-tez baş çəkməyimə mane olurdu. Nəhayət, bir gün ona zəng vurdum, şam yeməyinə dəvət etdim. Həyəcanla soruşdu:
– Oğlum, halın necədir, səhhətin yerindəmi?
– Hər şey yaxşıdır, ay ana. Səninlə baş-başa qalmaq istəyirəm.
– Elə ikimizmi? – anam soruşdu.
Bir qədər sükutdan sonra əlavə etdi:
– Mən də bunu çox istəyirəm.
Cümə axşamı, işdən sonra yanına getdim. Bir az həyəcanlı idim. Yanına çatdıqda o da narahat görünürdü. Qapının kandarında dayanmışdı, məni gözləyirdi. Əyninə qəşəng paltar geyinmişdi. Vəfatından qabaq atamın ona aldığı son paltarı idi, deyəsən. Anam gülümsədi:
– Hamıya dedim ki, bu gün oğlumla gəzməyə çıxacağam. Sevindilər. Qayıtdıqdan sonra onlara danışacağım. Xəbərlərin intizarındadırlar. Adi, ancaq dəbdəbəli və sakit yeməkxanaların birinə getdik. Anam qoluma girmişdi. Sanki ölkənin birinci xanımı idi. Əyləşdik. Menyudakı yeməklərin adlarını oxumağa başladım. Anamın gözləri yaxşı görmürdü. Odur ki, yalnız iri hərflərlə yazılmış sözləri oxuya bilirdi. Soluq dodaqları ilə gülümsəyərək üzümə baxırdı. Dilləndi:
– Vaxtı ilə sən balaca olanda mən sənə bunları oxuyurdum. – Sənə olan borcumun azacıq hissəsini, belə şeylərlə ödəmək vaxtıdır, ay ana, sən rahat ol.
Şam edə-edə xeyli danışdıq. Söhbətimizdə qeyri-adi bir şey yox idi, ötüb-keçənlərdən, yeniliklərdən danışırdıq. Başımız söhbətə o qədər qarışmışdı ki, vaxtın necə keçdiyini hiss etməmişdik. Artıq gecə yarıdan keçmişdi. Yeməkxanadan çıxdıq. Evinə çatdıqda anam dilləndi:
– Növbəti dəfə birlikdə şam etməyə nə deyirsən? Ancaq bu dəfə mənim hesabıma olacaq.
Əlini öpdüm və ayrıldım... Bir neçə gün sonra anam ürək tutmasından vəfat etdi. Vəfatı elə qəfildən oldu ki, heç nə edə bilmədim. Bir neçə gün keçdi. Anamla şam etdiyim yeməkxanadan bir məktub aldım. Anamın yazısını tanıdım: “Qabaqcadan hesabı ödəmişəm. Bir daha səninlə şam edə bilməyəcəyimi hiss etmişdim. Nə isə... Başlıcası, iki nəfərlik hesabı ödəmişəm – sən və həyat yoldaşın üçün. Çünki sən həmin gecənin mənim üçün nə qədər əhəmiyyətli olduğunu, kaş biləydin! Bunu heç vaxt başa düşməyəcəksən... Səni çox sevirəm, əziz balam!”. Bu dəqiqələrdə “sevgi” və “səni sevirəm” kəlmələrinin mənasını başa düşdüm, anladım. Başqasına sevgimi yaşatmağın mənasını da dərk etmişdim...
Valideyn, xüsusilə də ana həyatımızın ən əhəmiyyətli cövhəri olmalıdır. Odur ki, layiq olduqları şeyləri onlara bəxş edin, layiq olduqları vaxtı onlara ayırın! Bəli, bu, Allahın və onların sizin üzərinizdəki TƏXİRƏSALINMAZ haqlarıdır! Sonda ümid edirəm ki, bu hekayə valideynlərinin qədrini bilməyənləri ayıldacaq, bizi də bu işdə vasitəçi edəcəkdir!

Acılı söz yedirməyin...

Loğman həkimə: "Xəstəmizə nə yedirməmizi tövsiyə edərsiniz?"-deyə soruşduqlarında, ondan bu cavabı almışlar: "Aman, acılı söz yedirməyin, başqa nə yesə olar."

Görəsən sandıqda nə var?

Loğman Həkim, ailəsinə bir sandıq buraxaraq belə demiş: "Mən öldükdən sonra bu sandığı açmadan satışa təqdim edin, oradan aldığını pullar sizindir". Loğman həkim vəfat edincə ailəsi onun bu istəyi üzərinə sandığı satmış. Sandığı alan şəxs isə həyəcanla "görəsən sandıqda nə var?" düşüncəsiylə sandığın bucaq tərəfindən, üzərində belə yazan bir sümüklə qarşılaşmış: "Ayağını isti tut, başını sərin; Özünə bir iş tap, düşünmə dərin...".

Müdrikliyi kimdən öyrəndin?

Loğman həkimə: "Müdrikliyi kimdən öyrəndin?"- deyə soruşduqlarında ondan bu cavabı almışlar: "Korlardan öyrəndim. Çünki onlar əlindəki dəyənəklə tam araşdırmadan addım atmazlar. Qıçları yerin möhkəm olduğundan əmin olduqdan sonra addım təyin edərlər. Bundan ötəri mən də bir şey edəcəyim zaman düşünər, faydalı isə danışar, faydalı isə edərəm. Faydasız isə buraxmağı və susmağı seçərəm."

Tutun, oğru budur!

Adamın biri Hz. Süleymana (ə.s.) gələrək, qazlarının oğurlandığını və bunu qonşularının etdiyini iddia etmiş. Hz. Süleyman (ə.s.) dərhal xalqı məscidə yığmış və "içnizda biri həm qonşusunun qazlarını oğurlayır, həm də oğurladığı qazların tükləri başında olduğu halda utanmadan məscidə gəlir"-demiş. Oğru bu sözləri eşidər-eşitməz əliylə başını sığallamaya başlamış. Onun bu halını görən Hz. Süleyman (ə.s.) belə buyurmuş: "Tutun, oğru budur".

Qaranquşların ömrü üç aydır!

Qaranquş bir adamla dost olmaq istəyirdi. Bir gün bütün cəsarətini toplayıb , pəncərəsinin qarşısına qondu. Dərin bir nəfəs aldıqdan sonra pəncərənin şüşəsini döyməyə başladı : Tık... Tık... Tık... Adam bərk məşğul idi. Səsi eşidib pəncərəyə yaxınlaşdı. Qaranquşu gördü. Qaranquş həyəcanla :
-Ey insan, mən səninlə dost olmaq istəyirəm. Necə vaxtdır ki, səninlə danışmaq istəyirəm. Nə olar, məni də içəri burax, bir yerdə yaşayaq.
Adam isə tərs-tərs :
-Sən hardan çıxdın, bircə sən çatmırdın. Səni içəri buraxa bilmərəm. Sen quşsan,heç quşdan da insana dost olar? – deyə cavab verdi.
Qaranquş məyus oldu, ancaq ruhdan düşmədi. Bəxtini yenə sınamaq qərarına gəldi. Amma nə qədər istəsə də adamı fikrindən döndərə bilmədi və sonda adama :
-Görürəm, sən də təksən, mənimlə tənhalığını unudarsan - dedi.
Bəzən insanlar həqiqəti eşitməyi sevmirlər. Odur ki, qaranquşun son sözu adamı lap özündən çıxartdı və adam da qaranqusu acılayaraq qovdu. Qaranqus da adamın inadkarlıqdan dönməyəcəyini görüb uçub getdi... Bir az vaxt keçdi,amma bilmirem niyə adamı qüruru rahat qoymurdu ve adamı düşünməyə məcbur edirdi. Adam düşündü, düşündü və etdiyi hərəkətin yanlış olduğu qərarına gəldi. Səhvini düzəltmək istədi. Düzü adam peşman olmuşdu, amma artıq iş işdən keçmişdi. Sonra öz-özünə təskinlik verməyə başladı: "Havalar qızanda mənim qaranquşum da uçub gələr. Mən də onu içəri buraxaram, bir yerdə xoşbəxt yaşayarıq. Oturub havaların qızmağını gözləməyə başladı. Nəhayət, yaz gəldi. Qaranquşlar köhnə yuvalarına qayıtdılar. Ancaq onun axtardığı quş hələ də gözə dəymirdi. Yaz qurtarana qədər pəncərəsini açıq qoydu, nə fayda, qaranquş hələ də yox idi. Axırda dözmədi və dərdini dünyagörmüş bir qocaya açdı. Qoca onu dinlədi və:
-Qaranquşların ömrü altı aydır! - dedi.
Həyatda elə fürsətlər var ki, ancaq bir dəfə ələ düşür və qədrini bilməyəndə uçub gedir. Həyatda elə insanlar var ki, ancaq bir dəfə qarşımıza çıxır, qiymətini bilməyəndə çıxıb gedir...