making a gif

















HƏDİSLƏR


Həzrəti Muhəmməd (sav) buyurur: “Allah bəndəsini bir xəstəliyə mübtəla edir ki, onun bütün günahlarını bağışlasın.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Allah gözəldir və gözəlliyi sevir.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Kişinin eşitdiyi sözü danışması, onun yalançı olmağına kifayətdir.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Xəstənin görüşünə gedən, Allahın rəhmətinə bürünür.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Dua rəhmətin, dəstəmaz namazın, namaz isə behiştin açarıdır.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Allah təala bağışlayandır və əfvi sevir.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Allahın əfvi sənin günahlarından böyükdür.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Səbr edən, arzusuna çatar.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Acı doyuzdurmaqdan fəzilətli iş yoxdur.”

Həzrəti Muhəmməd (sav) buyurur: “İki müsəlmanı barışdırmaq üçün yalan danışan, yalan danışmamışdır.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Pis xasiyyətli adam cənnətə daxil olmayacaq.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Dua bəlanı dəf edir.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Sağlamlıq ən gözəl nemətdir.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Qızdırma, möminin cəhənnəm odundan olan paydır. Bir gecə qızdırma bir illik günahları məhv edər.”

Həzrəti Əli (ə) buyurur: “İslam ən işıqlı yoldur.”

Həzrəti Əli (ə) buyurur: “Ağıllı insanın dili qəlbinin, ağılsızın isə qəlbi dilinin dalındadır.”

Həzrəti Əli (ə) buyurur: “Tələsmək peşmançılığa səbəb olar.”

Həzrəti Əli (ə) buyurur: “Yalan danışmaq, rəzilətdir.”

Həzrəti Əli (ə) buyurur: “Sirrini gizlədənin ixtiyarı öz əlindədir.”

Həzrəti Əli (ə) buyurur: “Qənaət tükənməz sərvətdir.”

Həzrəti Əli (ə) buyurur: “Allahdan qorxmaq, qurtuluşa səbəbdir.”

İmam Hüseyn (ə) buyurur: “Salamın yetmiş savabı vardır. Onun altımış doqquzu salam verənə, biri isə cavab verənə çatar.”

Həzrəti Əli (ə) buyurur: “Doğurdan da bəndə bir şeyi oxumaq və ya bir işi görmək istədikdə “Bismillahir-rəhmanir-rəhim” desə, o iş bərəkətli olar.”

İmam Sadiq (ə) buyurur: “Kimin ağlı varsa dini, kimin də dini varsa, behiştə daxil olar.”

Həzrəti Muhəmməd (sav) buyurur: “İmanın məhsulu üçdür: Allaha görə sevmək, Allaha görə düşmən olmaq və Allahdan utanmaq.”

İmam Baqir (ə) buyurur: “Allah təala söyüş söyəni düşmən tutur.”

İmam Baqir (ə) buyurur: “Allah təala ucadan salam verməyi sevir.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Allah təala üç nəfəri nifrin etmişdir: azuqəsini tək yeyən, səhraya tək gedən və evdə tək yatan.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Dua möminin silahıdır.”

Allah-təala buyurub: “Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm”.

Həzrəti Muhəmməd (sav) buyurur: “Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür”.

Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur.

Oruc – cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir.

Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin.

Müsəlman şəxsin oruc tutması şeytanin üzünü qara edər.

Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda.

Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun.

İmam Əli (ə): “Ramazan ayında çoxlu dua və istiğfar edin. Dua sizdən bəlanı uzaqlaşdırar, istiğfar isə günahlarınızı məhv edər.”

Fatimeyi-Zəhra (ə): “Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun.”

İmam Həsən (ə): “Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu.”
Həzrəti Muhəmməd (sav) buyurur: “Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar.”

Həzrəti Muhəmməd (sav) buyurur: “Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. Ramazan - bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Bu ayda hər cür günahdan çəkinin, Quran oxumağı çoxaldın, Allahdan öz ehtiyaclarınızı istəyin, Rəbbinizi tez-tez xatırlayın. Ramazan ayında oruc tutmadığınız günlərdəki vəziyyətdə olmayın (yəni daha yüksək mənəvi səviyyədə olmağa çalışın).”

Həzrəti Muhəmməd (sav) Cabir ibn Abdullah adlı səhabəyə belə buyurub: “Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər”. Cabir dedi: “Sənə fəda olum, bu nə yaxşı hədisdir!”. Peyğəmbər ona belə cavab verdi: “Amma bu savaba yetməyin şərtləri də necə çətindir!”

Bir gün Muhəmməd (sav) görür ki, həyat yoldaşlarından biri oruc tutduğu halda öz xidmətçisini söydü. Peyğəmbər xanımına tapşırdı ki, yemək yesin. Qadın təəccüblə soruşdu: “Orucluq zamanı nə yemək?”. Peyğəmbər buyurdu: “Bəs sən necə oruc tutmusan ki, xidmətçini söyürsən? Oruc təkcə yeyib-içməkdən çəkinmək deyil”.