Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi
"Azərbaycan Kitabxanaları Azərbaycan Xalqının Milli sərvətidir":İ.Əliyev

Kitabxanamız

Elektron Kitabxana

Elektron Kataloq

Tədbirlər

Kitab abidələrimiz

Normativ sənədlər

Biblioqrafik vəsaitlər

Neftçala rayon İcra Hakimiyyəti

BİZİM NEFTÇALA


Kür çayı Azərbaycanın şah damarıdır. 1515 km-ə çatan Kür öz mənbəyini dəniz səviyyəsindən yüksəklikdə yerləşən Türkiyə ərazisindəki Çaldır suayrıcının şimal ətəyindən götürür. 200 km-dən artıq Türkiyədən, bir qədəri isə Gürcüstan ərazisindən axıb gələrək Neftçala ərazisində Xəzər dənizinə tökülür. Çayın 900 km-ə qədəri Azərbaycan ərazisindədir. Kür axarı boyu Neftçalanın ərazisini iki hissəyə bölmüşdür. “Kür” sözü Azərbaycanın qədim tayfalarının dilində “çay” ifadə etmişdir. Çay əsrlərcə əsas su mənbəyi kimi məişətdə və təsərrüfatda böyük rol oynayır.
Mənbələrə görə eramızdan əvvəl I əsrdə Roma Pompeyin qoşunları Kür çayının vadisinə gəlib çıxmışdır. Eranın müxtəlif əsrlərində sasanilər, xəzərlər, səlcuq türkləri, tatar monqollar, Teymurləngin qoşunları, farslar bu çayın vadisinə dəfələrlə yürüşlər etmişlər. Mənbələr həmin dövrlərdə burada balıqçılıq, bağçılıq və mədəniyyətin yüksək səviyyədə inkişaf etməsindən xəbər verir.
Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndəvan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) sahədə şəhər xarabalığı vardır. Xarabalıqda həm quruda, həm də dənizdə əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. (Yaşlı sakinlərin dediyinə görə dənizin sahilindən ləpələrin sahilə çıxartdırları gözəl iri mərmər, gil qablar və s. nümunələri tapılırmış və bu nümunələrin qiymətini bilmədiklərindən onlar itib-batırmış).
Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Qala və Gəncədə deyil, bizim rayonda da aid olduğundan xəbər verir.
Neftçala rayonu Azərbaycan inzibati rayon kimi ilk dəfə 1940-cı ilin fevralın 11-də təşkil olunmuşdur. O vaxta qədər Salyan rayonunun, cəmi bir il isə 24 yanvar 1939-cu ildə yaranan Xıllı rayonunun tərkibində olmuşdur. Neftçala sırf sənaye rayonu olmuşdur. 1959-cu ilin dekabrında ləğv edilib Salyan rayonuna qatılmışdır. 4 ildən sonra 1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası olmuşdur. Belə bir qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilmiş Neftçala yenidən Salyan rayonunun tərkibinə daxil olmuşdur. 7 ildən sonra 1973-cü ilin aprelin 27-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yenidən müstəqil rayon olmuşdur.


İqtisadi rayon-Aran
Ərazi - 1451,70 km²
Əhali - 80390 nəfər
Əhali sıxlığı - 55 nəfər/km²
Kəndlərin sayı - 48
Qəsəbələrin sayı - 3
Nəqliyyat vas. kodu - 47
Telefon kodu - 153
Poçt kodu(Mərkəzi PŞ) - AZ 4700
İcra başçısı - İsmayıl Vəliyev