|
AZƏRBAYCAN RESPUBLiKASI CiNAYƏT MƏCƏLLƏSİ:
Maddə 140. İnsan immunçatışmamazlığı virusu ilə yoluxdurma
140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmamazlığı yoluxma təhlükəsi qarşısında qoyma.
İki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.2. İnsan immunçatışmamazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması-
iki ildən beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.3. Bu Məcəllənin 140.2-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsində iki və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmamazlığı virusu ilə yoluxdurma-
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.4. Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmamazlığı virusu ilə yoluxdurma-
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
* * *
HİV-ə yoluxduqdan sonra, AİDS xəstəliyi insanın yaşamasına və bədənə görə 5-15 il, hətta bəzən daha uzun bir vaxt sonra ortaya çıxır. HİV yoluxduğu bədəndə müxtəlif hüceyrələrə, əsasən də qan hüceyrələrinə yerləşərək çoxalır. HİV-ə insan bir neçə yolla yoluxur: cinsi yolla, ana bətnindən, keçici viruslardan və s.
Qanında HİV virusu tapılan insanlara HİV pozitiv deyilir. Bu insanlar eyni zamada qanında antikor tapılan seropozitiv insanlardır.
Aids keçici virus xəstəliyidir. Mikroba HİV adı verilən virusdur.
Cinsi yolla keçən infeksiyalara (CYKİ) yoluxmuş insanlar HİV-ə yoluxma riskinə daha çox məruz qalırlar. Unutmamaq lazımdır ki, açıq yaraların əmələ gəlməsi ilə müşayiət olunan zöhrəvi xəstəliklər (məsələn, herpes) yüksək risk faktorudur. Qapalı formada mövcud olan CYKİ də həmçinin HİV-ə yoluxma riskini artırır.
Əgər immunçatışmamazlığı virusu müalicə olunmazsa, orqanizm vərəm kimi digər yoluxucu xəstəliklər qarşısında müdafiəsiz olacaqdır. Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatlarına əsasən Azərbaycanda HİV-lə yaşayan insanların 50%-i vərəmə yoluxurlar. Bu xəstəlik AİDS xəstələrinin əsas ölüm səbəbidir: AİDS xəstələrinin üçdə bir hissəsi vərəmdən ölür. Vərəmin aktiv forması HİV infeksiyasının hər anında yarana bilər, lakin orta hesabla vərəm HİV-ə yoluxmadan 6-8 il sonra inkişaf edir.
HIV/AIDS problemi son dərəcə aktual bir problemlərdən biridir. Hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir. Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu HIV/AIDS -in hər birimizə aid olması haqqında düşünmür və özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbirlər görülmür.
HİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik.
Hər birimiz HİV haqqında düzgün informasiya almaq seçimini edə bilərik – bugünkü gün bilik virusa qarşı yeganə vaksindir. HİV, onun profilaktikası və müalicəsi haqqında əsas informasiyaya malik olmaq və anlamaq özümüzdən başlayaraq epidemiyanın artım tempinin aşağı salınması və HİV-lə yaşayan insanlara səbrli münasibətin formalaşmasına şərait yaradacaq qərarların qəbul edilməsi üçün imkan yaradacaqdır. Bir neçə faktlar haqqında məlumata sahib olmaq və onları anlamaq minlərlə və milyonlarla insan həyatını xilas edə bilər.
Hal-hazırda artıq 40 milyon insan HİV-ə yoluxmuş və ya AIDS xəstəliyinə tutulmuşlar.
|